Xəstələri masada ölən həkimlərin SİYAHISI

Xəstələri masada ölən həkimlərin SİYAHISI
09.04.2026 15:40 Cəmiyyət

Azərbaycanda estetik və plastik əməliyyatının qurban sayı az deyil. 

TodayPress TV araşdırmanı təqdim edir:

"Baku Medical Plaza", "Zəfəran Hospital" kimi tanınan klinikalarda işləyən İran əsilli Sirus Qoçqaninin adı bir neçə xəstəsinin ölümündə hallanır.


Onlar Leyla Oruclu (2017), Sona Gürgün Vəliyeva (2019) və Turanə Musazadədir (2020).

Qoçqaninin cərrahlıq ixtisası olmadığı, sadəcə tibb təhsili olduğu iddia edilir. Bu iddianı İran səfirliyi də təsdiqləyib və ona cinayət işləri açılıb. 

Digər həkim “Stimul Hospital” və digər klinikalarda fəaliyyət göstərən Elçin Zodandır (Zodanov).


O, 2018-ci ildə Yeganə Quliyevanın ölümünə səbəb olub. Belə ki, plastik əməliyyat zamanı əməliyyat başa çatmamış masada ölüb. Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb. 

“MedEra” hospitalında bədən şəkilləndirmə əməliyyatı keçirən Aygün trombozdan vəfat edib. Onun həkimi cərrah Günel Bayramlı olub.


Ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.


Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində həkimlərin adı açıqlanmasa da, 2012-ci ildə bir həftə ərzində 3 xəstə - Nübar Quliyeva, Kərim Hümbətov, Südabə Ağammədova əməliyyat masasında ölüb.

Qeyd edək ki, tibbi səhlənkarlığa görə CM-nin 314-cü maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə məsuliyyət nəzərdə tutulur (2-7 ilədək azadlıqdan məhrumetmə). 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Bütün Xəbərlər