Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək

Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək
06.08.2025 20:00 Cəmiyyət

Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək.

TodayPress TV Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bunu Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli deyib.

O, Xankəndi şəhərində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi tədbiri çərçivəsində “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri” adlı paneldə çıxışında ərazidə məskunlaşan əhalinin keyfiyyətli təhsil və tibb xidmətləri ilə təmin edilməsi məqsədilə işlərin davam etdirildiyini vurğulayıb.

T.Kərimli bildirib ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən tam orta məktəbin və uşaq bağçasının binasında aparılan təmir-tikinti işləri artıq başa çatdırılıb. Xocalı şəhərində, Ballıca, Həsənriz, Talış və Suqovuşan kəndlərində tibb məntəqələri istifadəyə verilib:

"Hazırda Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin binasının inşası davam etdirilir. Növbəti tədris ilində Qarabağ Universitetində təhsil alacaq tələbələrin yerləşdirilməsi üçün nəzərdə tutulan 7 ədəd 5 mərtəbəli binada əsaslı təmir işləri tamamlanmaq üzrədir və ərazidə abadlıq işlərinə hazırlıq görülür. Universitetin klinikasının tədris korpusunun təmiri üzrə son tamamlanma işləri aparılır".

Onun sözlərinə görə, ərazidə nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılıb. Suqovuşan - Sərsəng su anbarı - Qozlukörpü - Kəlbəcər, Suqovuşan-Kəlbəcər (9 km) Ağdərə-Ağdam, Əsgəran-Xocalı-Xankəndi-Şuşa və Tərtər-Ağdərə avtomobil yollarının tikintisi davam etdirilir.

Bundan başqa, Xankəndi şəhərində 13600 metr uzunluğunda olan şəhərdaxili yol sahəsinə müvəqqəti asfalt örtüyü çəkilib. Xankəndidə 60 yaşayış və 20 qeyri-yaşayış binasında təmir və yenidənqurma işləri də aparılıb.

XƏBƏR LENTİ
07 AVQUST 2026
Azərbaycan və İran arasında yeni əməkdaşlıq 17:27 Avropa "qovrulur" - Həyat iflic oldu 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Təqaüdçüləri aldadıb pullarını mənimsədi 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 "Tarqovı"da obyekt yanır - VİDEO - YENİLƏNDİ 11:51 Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Bütün Xəbərlər