Uşaqların zərərli informasiyadan qorunması sahəsində yeni təşəbbüslər irəli sürüldü

Uşaqların zərərli informasiyadan qorunması sahəsində yeni təşəbbüslər irəli sürüldü
18.12.2025 11:55 Cəmiyyət

"Uşaqların zərərli informasiyadan qorunması sahəsində qanun pozuntularının aşkarlanması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşəbbüs irəli sürülüb və bu istiqamətdə birgə monitorinqlər aparılır. Monitorinqlərdə Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri iştirak edirlər".

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Könül Tağızadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda, 2025-ci il ərzində bu monitorinqlər əsasən maarifləndirici və tövsiyə xarakteri daşıyır:

"Aşkarlanan hallarla bağlı sahibkarlara tövsiyələr verilir, onlara maarifləndirici materiallar təqdim olunur. Lakin qanunvericiliyin tələblərinə uyğun olaraq, 2026-cı ilin yanvar ayından etibarən bu sahədə pozuntularla bağlı inzibati protokolların tərtibinə başlanılacaq. Həmin tarixdən sonra inzibati xətalara ciddi yanaşılacaq və bu proses sistemli şəkildə həyata keçiriləcək. Bu istiqamətdə bütün ictimaiyyəti də əməkdaşlığa və dəstəyə çağırırıq".

Komitə üzvü əlavə edib ki, bu məsələdə yalnız dövlət nəzarəti deyil, ictimai nəzarət də son dərəcə vacibdir:

"İctimai nəzarətin əsas iştirakçıları isə valideynlərdir. Ailədaxili vəziyyəti ən yaxşı valideynlər bildiyi üçün hər birimiz övladlarımızın zərərli informasiyadan qorunmasına həssas yanaşmalıyıq. Uşaqlarla açıq ünsiyyət qurmalı, onlarla dost olmalı, problemlərini dinləməli və eyni zamanda valideyn nəzarəti proqramlarından istifadə etməliyik. Qeyd etmək lazımdır ki, bir çox valideyn nəzarəti proqramları tamamilə ödənişsizdir və onları telefonlara, planşetlərə və digər ağıllı cihazlara yükləməklə uşaqların internet fəaliyyətinə nəzarət etmək mümkündür".

Könül Tağızadə valideynlərə çağırış edib:

"Valideynlərdən xahiş edirik ki, ekran vaxtı məhdudiyyətlərinə də ciddi yanaşsınlar. Bu məhdudiyyətlər cəza kimi yox, uşağı qorumaq məqsədi daşıyan bir vasitə kimi izah edilməlidir. Əgər uşağa ekran vaxtı limiti qoyulursa, valideyn eyni zamanda onun asudə vaxtını faydalı keçirməsi üçün alternativlər də təklif etməlidir. Yəni uşağın əlindən smart cihaz alınırsa, bunun əvəzinə maraqlı və faydalı məşğuliyyətlər təqdim olunmalıdır ki, uşaq bunu cəza yox, qayğı kimi qəbul etsin".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Bütün Xəbərlər