Uşaq hesablarına dövlət ödənişi: Kimlərə şamil edilə bilər?

Uşaq hesablarına dövlət ödənişi: Kimlərə şamil edilə bilər?
09.12.2025 14:39 Cəmiyyət

ABŞ-də 2025-2028-ci illərdə doğulan uşaqlar üçün xüsusi investisiya hesabları açılması planı dünya mediasında geniş müzakirə olunur. Layihəyə görə, aztəminatlı ailələrdən olan uşaqların hesabına dövlət tərəfindən vəsait yönləndiriləcək və bu pul 18 yaşına qədər investisiya alətlərində dəyər qazanaraq uşağın gələcək rifahına xidmət edəcək.

Bəs sözügedən layihə ölkəmizdə tətbiq oluna bilər?

Məsələni TodayPress TV-yə şərh edən sosioloq Üzeyir Şəfiyev bildirib ki, təşəbbüs Azərbaycan üçün də tətbiq oluna biləcək modeldir:


“Bu, sosial dəstək xarakterli çox maraqlı layihədir. Dövlətin fiskal və maliyyə imkanları nəzərdən keçirildikdən sonra Azərbaycan üçün də analoqu hazırlanıb tətbiq edilə bilər. Çünki layihə böyük maliyyə resursu tələb edir və ən əsası, onun dayanıqlılığı təmin olunmalıdır".

Onun sözlərinə görə, ABŞ-də sistem daha çox orta və aztəminatlı ailələr üçün nəzərdə tutulub. Belə bir layihə ölkədə bir neçə sahəyə ciddi müsbət təsir göstərə bilər:

"Orada ev təsərrüfatlarının median gəliri 150 min dollardan aşağı olan ailələrin uşaqları üçün bu hesablar açılır. Azərbaycanda isə bu limit daha aşağı olduğundan, ilk növbədə aztəminatlı və ünvanlı sosial yardım alan ailələrin uşaqları üçün tətbiq oluna bilər. Bu təşəbbüs sosial rifah dövlətinin inkişafı istiqamətində mühüm addım ola bilər. Dövlətin uşağın adına vəsait ayırması və onun gələcək rifahına yönəltməsi çox dəyərli yanaşmadır".

Sosioloq vurğulayıb ki, Azərbaycanda təbii artım son illər zəifləyib. Bu tip sosial təşviqlər ailələri daha çox uşaq sahibi olmağa həvəsləndirə bilər və demoqrafik reqressiyanın qarşısını alar:

"Bununla yanaşı uşaqların adına yığılan vəsait gələcəkdə onların təhsilinə və inkişafına sərf olunanda, bu həm də cəmiyyətdə dövlətə inamı və sevgini artırır".

Ekspert əlavə edib ki, ünvanlı sosial yardım alan və yaxud da ki, aztəminatlı ailələrin hamısının statistikası çıxarıla bilər. Belə ailələrdə doğulan uşaqlar üçün hesab açıla bilər:

"ABŞ-də uşağın adına qoyulan hesabda yığılan pullar, uşağın istifadə etmə yaşına qədər qiymətli kağızlar bazarına sərbəst vəsait kimi qoyulur. Həmin vəsait yenidən uşağın inkişafına yönəlir. Şübhəsiz ki, Azərbaycanda median gəlir səviyyəsi ABŞ-dəki ilə eyni deyil. Azərbaycandakı median gəlir səviyyəsi aşağı olan ailələrə, yəni aztəminatlı ailələrə bu tətbiq oluna bilər. Güman edirəm ki, yaxşı və Azərbaycan üçün keçərli bir təşəbbüsdür", - deyə Üzeyir Şəfiyev qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bütün Xəbərlər