Təqaüdçü və qazilər üçün yeni güzəştlər

Təqaüdçü və qazilər üçün yeni güzəştlər
15.09.2025 16:55 Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sosial Tərəfdaş” loyallıq proqramı ölkə üzrə təqaüdçülər, şəhid ailələri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər üçün sosial rifahın yaxşılaşdırılması məqsədilə xüsusi endirim imkanları yaradır.

Proqram çərçivəsində minlərlə vətəndaş supermarketlər, apteklər, klinikalar və digər xidmət sahələrində alış-veriş zamanı güzəştlərdən faydalana bilir. Endirimlər gündəlik xərclərin azaldılması və sosial dəstəyin artırılması istiqamətində əhəmiyyətli addımdır.

“Cəmiyyət birlikdədir, sosial bir varlıqdır və insanlar cəmiyyət daxilində müxtəlif qurumlar, institutlar arasında korporativ sosial məsuliyyətdən irəli gələrək sosial tərəfdaşlıq layihələri icra edirlər”

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Sosioloq Üzeyir Şəfiyev bu layihənin əhəmiyyətini vurğulayıb. 


"Sosial tərəfdaşlıq layihəsi uğurlu bir layihədir və qurumlar fərqli profillər üzrə sosial tərəfdaşlıq layihələrini reallaşdıra bilərlər. Çünki onları birləşdirən korporativ sosial məsuliyyətdir. Cəmiyyət birlikdədir, sosial bir varlıqdır və insanlar cəmiyyət daxilində müxtəlif qurumlar, institutlar arasında korporativ sosial məsuliyyətdən irəli gələrək sosial tərəfdaşlıq layihələri icra edirlər. Bunun üçün isə sosial tərəfdaşların etibarlı, güvənilir olması, sağlam əməkdaşlıq qurması, iş keyfiyyəti nümayiş etdirməsi və abilitasiya imkanları, yəni töhfə vermək bacarıqları güclü olmalıdır.

Hesab edirəm ki, bundan həm sosial tərəfdaşların özləri, həm də bütövlükdə cəmiyyət qazanır. Cəmiyyət faydalanır, çünki nəticədə bu, sosial rifaha və sosial inkişafa xidmət edir. Əsas məqsəd də sosial dövlət quruculuğu prosesində cəmiyyətin faydalanması və bu imkanlardan istifadə etməsidir.

Amma sual yaranır: əhalinin sosial qruplarını təşkil edən vətəndaşlar bu proqramların mövcudluğundan xəbərdardırlarmı? Sosial tərəfdaşlıq layihələrinin geniş təsirli olması üçün əhalinin mövzu ilə bağlı maarifləndirilməsi mütləqdir. Çünki orta statistik vətəndaş sosial tərəfdaşlıq layihələrindən məlumatsız ola bilər. Bunun səbəbi isə layihələrin piarının düzgün təşkil olunmamasıdır”, - o bildirib.

Üzeyir Şəfiyev, həmçinin deyib:

“Dayanıqlı İnkişaf Məqsədlərində də əsas şüar “heç kəsi kənarda qoymamaq”dır”

Bu baxımdan maarifləndirmə, məlumatlandırma və təşviqat işləri daha yüksək səviyyədə həyata keçirilməlidir ki, bütün insanlar üçün əlçatan olsun. Dayanıqlı İnkişaf Məqsədlərində də əsas şüar “heç kəsi kənarda qoymamaq”dır. Buna görə də sosial tərəfdaşlıqla bağlı məlumat bütün insanlara və bütün auditoriyalara çatdırılmalıdır.

Bunun üçün sosial media, kütləvi informasiya vasitələri, qəzetlər və televiziya effektiv şəkildə istifadə edilməlidir. Hətta bu mövzuda sosial çarxların hazırlanması və ən çox auditoriyası olan media qurumları vasitəsilə ictimaiyyətə təqdim olunması faydalı olardı".

Bəs əhalinin sosial qruplarını təşkil edən vətəndaşlar bu proqramın mövcudluğundan xəbərdardırlarmı?

Sosioloq bildirir ki, əhalinin mövzu ilə bağlı maarifləndirilməsi mütləqdir.

DSMF-nin departament müdiri Rəşad Mehdili isə bildirir ki, vətəndaşlar artıq e-sosial mobil tətbiqini telefonlarına yükləyib qeydiyyatdan keçməklə tətbiqdə göstərilən “Sosial tərəfdaş” barkodunu əldə edir.


“Həmin barkod vasitəsi ilə tərəfdaş olan xidmət sahələrində, böyük super marketlər, aptek, klinika və mağazalarda alış-veriş etdikdən sonra kassaya ödəniş zamanı təqdim etdikləri barkod vasitəsi ilə endirimlərdən yararlana bilərlər. Artıq barkod endirimləri mərhələli şəkildə genişlənir. Endirim faizləri və tərəfdaş müəssisələrin siyahısı mütəmadi olaraq www.sosialterefdash.az saytında yenilənir. Vətəndaşlar sayta daxil olub bu məlumatlarla tanış ola bilərlər. Hazırda endirimlər “Bazarstore”, AL Marketlər, Pharmastore, Buta, Aloe, Dokta aptekləri şəbəkəsində tətbiq olunur. Yaxın zamanda layihəyə digər market, aptek və klinikaların da qoşulması planlaşdırılır”, - o, həmçinin bildirib. 

Qeyd edək ki, ötən müddət ərzində 1 778 549 əməliyyat həyata keçirilib, vətəndaşlar alış-veriş və xidmətlərdən istifadə zamanı təklif olunan endirimlərdən faydalanıblar. 

Endirimlərdən yararlanmaq üçün vətəndaşların “e-Sosial” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməsi və kassada “Sosial Tərəfdaş” barkodunu təqdim etməsi kifayətdir.

Ziyafət Əlisoy, Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bütün Xəbərlər