Sukanal idarələri təlimə cəlb olundu

Sukanal idarələri təlimə cəlb olundu
19.09.2025 14:39 Cəmiyyət

19-21 sentyabr tarixlərində Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq qurumları fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirir.

TodayPress TV xəbər verir ki, yarışlardan öncə yaradılan komissiyanın müəyyənləşdirdiyi plana uyğun olaraq sukanal idarələrinin əməkdaşları trassa boyu yüksək səviyyədə nəzarət tədbirləri həyata keçirirlər. Növbəti tədbir Səbail rayonunda olub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin şöbə müdiri Ceyhun Musaoğlu tədbir barədə məlumat verərək bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıda keçiriləcək növbəti Formula-1 yarışlarına ənənəvi olaraq hazırlaşır. “Biz hazırda Səbail rayon Sukanal İdarəsinin ərazisindəyik və burada İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin 3 sukanal idarəsinin bütün heyəti, texnikası, mal-materialları nümayiş olunur və Nəsimi Sukanal İdarəsi, Səbail Sukanal İdarəsi və Yasamal Sukanal İdarəsinin ərazilərindən keçən trassa boyu dislokasiya yerləri müəyyənləşdirilir, texnikaya baxış keçirilir. Bu təlim - məşq toplanışı növbəti günlərdə də davam edəcək”.

Tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinin vəziyyətinə bir daha aydınlıq gətirilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov və Xidmətin nümayəndələri idarənin fəaliyyəti ilə yaxından tanış olublar.

Tahir Xəlilov təlim iştirakçılarına görülən işlər, mövcud vəziyyət, fəaliyyət planının icrası ilə bağlı ətraflı məlumat verib. Formula-1 yarışlarında tapşırıqların səmərəli və effektli icrasına nail olmaq üçün tövsiyələrini, təkliflərini bildirib, hər bir əməkdaşın öhdəsinə düşən işi məsuliyyətlə və peşəkarcasına yerinə yetirməyə səsləyib. Qurumun Formula-1 yarışlarına məsul olan bütün əməkdaşlarının işlərin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu vurğulayaraq qeyd edib ki, təlim-məşq toplantısı yarışların keçirildiyi ərəfədə qüsursuz işləməyimizə təkan olacaq.

Səbail rayon Sukanal İdarəsinin baş mühəndisi Azad Murquzov qeyd edib ki,  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu yarışla bağlı müvafiq işlərə yüksək səviyyədə hazırlaşır. “Biz bu gün də respublikada və Bakıda hər hansı mötəbər yarışların, tədbirlərin keçirilməsinə yüksək səviyyədə hazırıq”.

Qeyd edək ki, yarışlar zamanı xətlərin, şəbəkələrin təmizlənməsi, təzyiqlərin nəzarətdə saxlanlılması, baş verən hər hansı qəza hadisəsinin anındaca aradan qaldırılması və bu kimi işlər qurumun Operativ idarəetmə və mərkəzi mühəndis texnoloji xidmət, Su təchizatı sistemlərinin istismarı, Yağış suları və tullantı su şəbəkələrinin istismarı şöbələri tərəfindən idarə olunur. 

"Formula 1" yarışları ilə əlaqədar təlimlər mütəmadi olaraq davam etdiriləcək. 

Xatırladaq ki, Bakıda hər il keçirilən Formula-1 yarışlarında su təchizatına uyğun dislokasiya nöqtələri təyin edilir. Həmin nöqtələrə müəyyən sayda işçi qüvvəsi, texnika və mal-material cəlb olunur. Dislokasiya nöqtələri olan ərazilərdən keçən təchizat sistemi nəzarətdə saxlanılır. Məqsəd, hər hansı problemin yaranmasının qarşısını öncədən almaqdır.

TodayPress TV

FOTOLAR

Sukanal idarələri təlimə cəlb olundu — 1
Sukanal idarələri təlimə cəlb olundu — 2
Sukanal idarələri təlimə cəlb olundu — 3
Sukanal idarələri təlimə cəlb olundu — 4
Sukanal idarələri təlimə cəlb olundu — 5
Sukanal idarələri təlimə cəlb olundu — 6
Sukanal idarələri təlimə cəlb olundu — 7
Sukanal idarələri təlimə cəlb olundu — 8
Sukanal idarələri təlimə cəlb olundu — 9
XƏBƏR LENTİ
15 IYUN 2026
Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Bütün Xəbərlər