Su çərşənbəsi - QIŞA VİDA, YAZA SALAM

Su çərşənbəsi - QIŞA VİDA, YAZA SALAM
24.02.2026 13:37 Cəmiyyət

Bu gün yazın gəlişini müjdələyən Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsidir. Xalq inanclarına görə, bu gün su oyanır, çaylar, bulaqlar canlanır və təbiətdə yenilənmə başlayır.

Filologiya elmləri doktoru Ağaverdi Xəlil bu barədə TodayPress TV-yə danışarkən Azərbaycan mövsüm mərasimlərinin önəmini vurğulayıb.  


"Ənənəvi mədəniyyət nümunələri müasirlik şəraitində tədricən passivləşir və arxaikləşməyə başlayır. Bu proses Azərbaycan mövsüm mərasimlərində, çillələrdə, çərşənbələrdə və “Xıdır Nəbi” mərasimində də özünü göstərir. Ənənəvi xalq təqviminə əsasən qış üç hissəyə bölünür: böyük çillə (21 dekabr – 31 yanvar), kiçik çillə (1–20 fevral) və boz ay (21 fevral – 21 mart). “Çillə” anlayışı təbiətin sərt şəraiti ilə bağlı olub çətinlik, əziyyət mənasını ifadə edir. Məhz buna görə də çillənin başa çatması xalq tərəfindən əlamətdar hadisə kimi qeyd olunub".

Alim vurğulayıb ki, məsələnin bir tərəfi sosial məzmun daşıyırsa, digər tərəfi mifoloji düşüncə ilə bağlıdır. Qədim inanclara görə insanlar mərasimlər vasitəsilə qışı yola salmağa sakral dəstək göstəriblər. Bu baxımdan çillə qışı yola salma mərasimi kimi xarakterizə olunur:


“Xıdır Nəbi” də bu mövsüm mərasimləri silsiləsinə daxildir. Çərşənbələr də mövsüm mərasimidir, lakin iki əsas xüsusiyyətinə görə çillələrdən fərqlənir. Belə ki, boz ay daxilində qeyd olunan dörd ilaxır çərşənbə qışı yola salmağa deyil, yazı qarşılamağa həsr olunur. Bundan əlavə, çərşənbələr çillələrdən sonra yaranıb və arxaikləşmiş qədim Şərq təqvimi ilə bağlıdır".

Onun sözlərinə görə, hər iki mərasim sistemi təqvimlə əlaqəlidir. Çillələr xalq təqviminə, çərşənbələr isə qədim Şərq təqviminin izlərinə əsaslanır. Zahiri fərqlərə baxmayaraq, bu mərasimlərdə Azərbaycan xalqının xeyirxah adət-ənənələri yaşadılır.

Alim hesab edir ki, müasirləşmənin sürəti ənənəvi mədəniyyəti müəyyən mənada üstələyir və bu da gənc nəslin milli-mənəvi dəyərlərdən uzaqlaşmasına səbəb olur:


"Mərasim mədəniyyətimiz daha geniş şəkildə öyrənilməli və intensiv təbliğ olunmalıdır. Mövsüm mərasimlərində yaşayan dəyərlər milli mədəni varlığımızın ayrılmaz hissəsidir. Bu zəngin irsi qorumalı və yaşatmalıyıq", – deyə o vurğulayıb.

Qeyd edək ki, digər ilaxır çərşənbələr - Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.  

Yaz fəsli isə Azərbaycana martın 20-si saat 18:45:53-də daxil olacaq. Martın 20-21-də ölkədə Novruz bayramı qeyd ediləcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Bütün Xəbərlər