ŞOK! Azərbaycana 8 min tabut buna görə gətirilibmiş – VİDEO

ŞOK! Azərbaycana 8 min tabut buna görə gətirilibmiş – VİDEO
10.01.2026 12:00 Cəmiyyət

Azərbaycana Çindən 8 min tabutun gətirilməsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Məsələ bir neçə istqamətdə sual doğurub. 

Görəsən, ölkəmizdə ağac emalı sahəsi mövcud olduğu halda,  niyə 8 min tabut idxal olunub?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bu barədə Today Press TV-yə danışarkən bildirdi ki, əgər məhsulun maya dəyəri ölkədə istehsal olunan zaman kənardan gətirilməklə müqayisədə daha baha başa  gəlirsə, o zaman bu məhsulun ölkəyə idxalı məqsədəuyğundur: 

"Mən düşünürəm ki, Çin Xalq Respublikasında əhalinin çoxluğu və geniş işçi qüvvəsinin mövcudluğu səbəbindən həmin tabutların istehsalı daha ucuz başa gəlir. Bu da yerli istehsala müraciət edilməməsinə, əvəzində tabutların xaricdən ölkəmizə gətirilməsinə səbəb ola bilər. Hesab edirəm ki, bu məsələ iqtisadi baxımdan ətraflı hesablanmalı və aparılan hesablamalara əsasən mövqe müəyyənləşdirilməlidir".

Digər tərəfdən bilirik ki, müsəlman ölkələrində bəzi istisnalar olmaqla vəfat edən şəxslər kəfənlə dəfn edilirlər. 

İlahiyyatçı Elşad Miri mövzunun bu istiqamətindən  Today Press TV-yə danışarkən bildirdi ki, Azərbaycanın dünyəvi dövlət olduğunu unutmamalıyıq: 

"Bildiyiniz kimi, dünyanın müxtəlif ölkələrində və fərqli yerlərində insanların vəfat etdikdən sonra yandırılması üçün xüsusi tabutlardan istifadə olunur. Gələcəkdə qanunvericilikdə baş verə biləcək dəyişikliklər nəticəsində əcnəbi vətəndaşların və ya fərqli şəkildə vəsiyyət edən şəxslərin də bu formada yandırılması mümkün ola bilər. Digər tərəfdən, eyni məsələ tabutda dəfn olunma kimi fərqli formalarla da bağlı ola bilər. Bu hallarda heç kim buna qadağa qoya və ya bunun qarşısını ala bilməz".

Qafqaz müsəlmanları idarəsinin əməkdaşı Samid Quliyev isə qeyd etdi ki, müsəlman ölkələrində də insanın nəşi tabutla dəfn edilə bilər.

"Müsəlman ölkələrində bəzi istisna hallarda insan nəşi tabutla dəfn edilə bilər. Azərbaycanda isə təkcə müsəlmanlar deyil, katoliklər, pravoslavlar və yəhudilər də yaşayır və onların dini inanclarına görə tabutla dəfn edilməsində heç bir problem yoxdur. Hətta İslam şəriətində də zərurət olduqda tabutla dəfn hallarına rast gəlinir".

Sözügedən mövzu ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrəndik və  

Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. Ətraflı süjetdə:

Vüsalə Nəciyeva 

Türkan İsgəndərli 

TodayPress TV

Today Press TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Bütün Xəbərlər