Slovakiya prezidentinin Qarabağ səfəri erməni ordusunda panika yaratdı - təzə silahlarımız parladı

Slovakiya prezidentinin Qarabağ səfəri erməni ordusunda panika yaratdı - təzə silahlarımız parladı
16.07.2026 12:50 Cəmiyyət

“Slovakiya Prezidenti Peter Pelleqrini bəyan edib ki, Azərbaycan ilə Slovakiya arasında müdafiə sahəsində əldə olunan razılaşmaların ilk nəticələri bu ilin sentyabrında Bakıda keçiriləcək iri müdafiə sərgisində nümayiş etdiriləcək”.

TodayPress TV Ordu.az-a xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Azərbaycan-Slovakiya hərbi əməkdaşlığının ilk nəticələri sentyabrda təqdim oluna bilər” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, iyulun 13-də Slovakiya Prezidenti Peter Pelleqrininin təyyarəsi Füzuli hava limanına eniş edib. Daha sonra o, Azərbaycan Prezidenti İlham Əliyevin müşayiəti ilə Şuşa və Ağdama səfər edib.

“Müzakirələrdən sonra Azərbaycan və Slovakiya prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər. İlham Əliyev xüsusilə enerji və hərbi-texniki sahələrdə əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu bildirib”, - deyə məqalədə qeyd olunub.

Nəşr vurğulayır ki, Slovakiya Prezidenti müdafiə sahəsində əməkdaşlıqla bağlı daha konkret açıqlama verib.

“Mən, həmçinin təsdiqləmək istərdim ki, 2027-ci və 2028-ci illərdə Slovakiya Bakıdakı səfirliyi vasitəsilə NATO-nun Azərbaycanda Əlaqələndirici Səfirliyi kimi işini davam etdirəcək. Çox şadam ki, müdafiə nazirlərimiz təhlükəsizlik və müdafiə imkanları sahəsində əla əməkdaşlıq edirlər. Həmçinin şadam ki, Slovakiya birgə əməkdaşlığımızın və razılaşmalarımızın ilk nəticələrini bu ilin sentyabrında Bakıda keçiriləcək əsas müdafiə sərgisində göstərə biləcək”, - deyə Pelleqrininin sözləri məqalədə sitat gətirilib.

Məqalədə xatırladılır ki, bu ilin fevralında Azərbaycan ilə Slovakiya arasında 210 milyon avro dəyərində çərçivə müqaviləsi imzalanıb.

“Söhbət SAM-120 avtomatik minaatanlarının tədarükünü nəzərdə tutan müqavilədən gedir. Slovakiyanın müdafiə naziri Robert Kalinyak ilk partiyanın razılaşdırıldığını və onun 96 minaatandan ibarət olacağını açıqlamışdı”, - deyə nəşr yazıb.

Nəşr qeyd edir ki, hələ 2025-ci ilin dekabrında İlham Əliyevin Bratislavaya səfəri zamanı Bakının Slovakiyadan artilleriya sistemləri almaq niyyətində olduğu barədə məlumat vermişdi.

“Həmin dövrdə Azərbaycan ilə Slovakiya arasında özüyeriyən artilleriya qurğuları və sursat istehsalı sahəsində əməkdaşlıq imkanları da müzakirə olunurdu. Söhbət Slovakiya texnologiyalarının Azərbaycan maliyyəsi ilə birləşdirilməsi hesabına yeni məhsulların hazırlanmasından gedirdi”, - deyə məqalədə bildirilib.

Nəşr İlham Əliyevin həmin dövrdə səsləndirdiyi fikirlərə də yer verib.

“Bizim digər perspektivli əməkdaşlıq sahəsi haqqında Siz artıq dediniz, bu da müdafiə sənayesi sahəsidir. Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”, - deyə İlham Əliyevin sözləri sitat gətirilib.

Məqalədə Slovakiya Prezidenti Peter Pelleqrininin həmin görüşdə səsləndirdiyi fikirlər də xatırladılıb.

“Müdafiə sənayesi çox vacib sahədir. Biz bu sahəni artıq inkişaf etdiririk. Biz, sadəcə olaraq, Azərbaycana silah satmaq niyyətində deyilik. Bildiyiniz kimi, bu sahə Slovakiyada çox inkişaf edib. Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik”, - deyə Pelleqrininin sözləri məqalədə yer alıb.

Nəşrin qənaətinə görə, Slovakiya Prezidentinin Bakıda keçiriləcək müdafiə sərgisində əməkdaşlığın ilk nəticələrinin nümayiş etdiriləcəyinə dair açıqlaması ilk növbədə SAM-120 özüyeriyən minaatanlarının təqdimatına aid ola bilər.

“Çünki indiyədək birgə müəssisənin yaradılması və ya ilk birgə istehsal məhsulu ilə bağlı hər hansı məlumat yoxdur. Hər halda, sentyabr ayında Bakıda keçiriləcək hərbi sərgini gözləmək lazımdır”, - deyə məqalədə qeyd olunub.

Nəşr bildirir ki, bu razılaşmaların əsası əslində 2024-cü ilin mayında Slovakiyanın Baş naziri Robert Fitsonun Bakıya səfəri zamanı qoyulub.

“Həmin səfər zamanı konkret silah tədarükü və müdafiə sənayesi sahəsində birgə istehsal platformalarının yaradılması ilə bağlı danışıqların başlanmasına qərar verilmişdi. Slovakiya Baş naziri ölkəsinin Azərbaycan ilə hərbi sahədə birgə istehsala başlaya biləcəyini də açıqlamışdı”, - deyə məqalədə vurğulanıb.

Məqalədə həmçinin qeyd olunur ki, Vətən müharibəsində Azərbaycanın Qələbəsinin beşinci ildönümünə həsr olunmuş, Bakıda keçirilən hərbi paradda Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri də iştirak ediblər.

Nəşr sonda xatırladır ki, Ermənistanın müdafiə naziri Suren Papikyan bu ilin mayında Polşaya səfəri çərçivəsində Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak ilə görüşüb.

“Tərəflər hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib və yaxın vaxtlarda əməkdaşlığa praktiki məzmun verilməsi barədə razılıq əldə ediblər”, - deyə məqalədə bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Çəkiniz eyni qalacaq, amma bədəniniz dəyişəcək - Sirri AÇIQLANDI 01:17 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNDİ 00:05 ABŞ zərbəsindən sonra Kehuristan körpüsü bu hala düşdü - FOTO 01:34 İranda körpüyə endirilən zərbə nəticəsində ölənlər var 01:30 TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO 01:11 İran bu görüntülərlə Trampa qarşı sui-qəsd çağırışı etdi - VİDEO 00:53 İranın daha bir şəhərində partlayış səsi eşidildi 00:45 Trampın başına 10 milyon dollar qoyuldu 00:40 İranda körpü vuruldu - VİDEO 00:32 İranşəhrə hücumun GÖRÜNTÜLƏRİ 00:25 Tramp və Netanyahu İran küçələrini “bəzədi” - FOTO 23:56 İranın liman şəhərlərinə zərbələr endirilir - VİDEO 00:01 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 23:48 İranda bombardmandan sonra elektrik enerjisi kəsildi 23:45 Zelenski Hakan Fidanı belə mükafatlandırdı - VİDEO 23:33 “Qarabağ”ın oyunu canlı yayımlanacaq? - AÇIQLANDI 23:11 Tramp Türkiyədən niyə razı qaldı? Ağ Ev səbəbini açıqladı 22:53 ABŞ İrana yeni hücum dalğasına başladı 22:48 Hörmüz boğazındakı son vəziyyət açıqlandı 22:35 Etirazlar Zelenskini buna məcbur etdi - Gülləkeçirməz şüşə arxasına keçdi 22:20 İran geri addım atır? - ABŞ-dən İDDİA 22:04 UEFA Konfrans Liqası: “Zirə”“Torpedo”nu məğlub etdi - VİDEO 20:14 Hamı Klimenkonu gözləyirdi, amma Zelenski elə birini seçdi ki… 21:06 Tərtərdə dəhşətli qəza - Ölənlər var 21:32 “Əgər “Hizbullah”a toxunsanız, raketlər işə düşəcək” - XƏBƏRDARLIQ 21:20 Bütün Xəbərlər