Skuter qiymətləri müzakirədə: hökumət ucuzluğa gedəcək?

Skuter qiymətləri müzakirədə: hökumət ucuzluğa gedəcək?
10.07.2026 12:25 Cəmiyyət

Hazırda skuter operatorlarının tətbiq etdiyi tariflər vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Məsələn, “Apar” operatoronun tətbiqində göstərilən qiymətlərə əsasən, istifadəçidən 0,49 manat açılış haqqı, dəqiqəsi 0,16 manat, gözləmə rejimində isə dəqiqəsi 0,06 manat tutulur. Bundan əlavə, istifadə zamanı 3 manat məbləğində depozit bloklanır.

Məsələ ilə bağlı TodayPress TV Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb. 

Qurumdan verilən cavaba görə, Azərbaycanda skuter xidmətlərinin qiymətlərinə AYNA tərəfindən müdaxilə edilmir:

“Skuter xidmətlərinin qiymətləri tələb və təklif əsasında formalaşır və operatorlar tarif siyasətlərini müstəqil şəkildə müəyyən edirlər. Biz onlara qiymətlərin baha olduğunu deyəndə, onlar bildirirlər ki, taksilərin qiyməti çox ucuzdur. Onların fikrincə, məhz buna görə skuterlərin qiyməti baha görünür”.

Bildirilib ki, operatorlar daşınma, texniki xidmət və zədələnən skuterlərin bərpası kimi əməliyyat xərclərini əsas gətirərək qiymətləri aşağı salmağın onlar üçün sərfəli olmadığını bildirirlər.

Qeyd olunub ki, hazırda bazarda “Jet”, “Wingz” və “Apar” olmaqla üç skuter operatoru fəaliyyət göstərir. “Bolt” isə artıq bu xidməti təqdim etmir. Operatorlar öz aralarında kifayət qədər rəqabətin olduğunu və mövcud qiymətlərin onları qane etdiyini bildirirlər.

Əlavə edilib ki, agentlik operatorlara tələbələr üçün endirim tətbiq etməyi tövsiyə edib və bəzi şirkətlər artıq bu addımı atıblar. Onun sözlərinə görə, “Jet” tələbə kartı ilə endirim təqdim edir.

Qurumdan bildirilib ki, AYNA operatorlardan qiymətləri endirməyi tələb edə bilməz. Agentliyin əsas funksiyası qanunvericilik bazasını formalaşdırmaq, parklanma yerlərini müəyyənləşdirmək və xidmətin şəhər mühitinə uyğun şəkildə təşkilini təmin etməkdir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUL 2026
Hər gün bu qədər badam yeyin – Bədəninizdəki dəyişiklik sizi təəccübləndirəcək 23:17 Saakaşvili Putinlə bağlı ilk dəfə bunları dedi 01:44 Bakıda məktəb ərazisində bıçaqlanma oldu 01:39 Türkiyəyə səfər etdi, İnstagram hesabı “partladı” 01:25 Bəqayi Trampı “yalançı çıxartdı” 00:58 DÇ-2026: İspaniya Belçikanı məğlub etdi 22:51 Tərksilah çağırışına cavab: İraqdakı qruplaşma qərarını AÇIQLADI 00:48 İranın gizli nüvə mərkəzində nələr baş verir? 00:19 Bu sahədə fəaliyyət göstərənlər 70 manat ödəyəcək 23:51 Ucarda dəhşətli hadisə - Yeniyetmədən xəbər yoxdur 22:56 Fidan: “Pulunu ödədiyimiz F-35-ləri geri almaq problem olmayacaq” 23:03 Ukraynanın zərbələri Rusiyanın “yanacaq damarını” kəsdi 22:46 Şahbaz Şərifdən Pezeşkiana TƏCİLİ zəng - Nə müzakirə edildi? 22:24 ABŞ-dən Rusiyanı sarsıdacaq qanun layihəsi gəlir 22:03 Zelenski Putinin çevrəsindən danışdı: “Onlar da sülh istəyir” 21:47 Ərdoğan Hakan Fidanı Ukraynaya göndərir 21:41 4 gündür tapılmayan qızın axtarışlarına helikopter cəlb olundu - VİDEO 21:22 Bu ölkə millisi dünya çempionu olacaq 21:15 44 yaşlı kişi faciəvi şəkildə öldü 21:11 İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi 20:58 İran danışıq iddialarını təkzib etdi 20:54 Goranboyda ağır qəza: Xəsarət alanlar arasında azyaşlılar da var 20:38 Vuçiç istefa verəcəyi tarixi AÇIQLADI 20:33 Crescent Mall-da həyəcan siqnalı - VİDEO 20:11 Tramp əmr verdi: “Mənə nəsə olsa…” 20:01 Bütün Xəbərlər