Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin!

Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin!
03.06.2026 09:15 Cəmiyyət

Jurnalist Səddam Laçın şəhidlərin adının mediada və sosial şəbəkələrdə sensasiya naminə hallandırılmasına etiraz edib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, şəhidlərin yaxınlarının şəxsi həyatı və ya fərdi davranışları onların qəhrəmanlığı ilə əlaqələndirilməməlidir:

"Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin. İmkan verin məzarlarında rahat uyusunlar. Hər fürsətdə onların adından, şəklindən istifadə etməyin. Onların saflığına, paklığına ləkə yaxmayın".

Jurnalist bildirib ki, şəhid ailələrinin üzvlərinin şəxsi seçimləri xəbər adı altında ictimailəşdirilməməlidir:

"Şəhid bacısı ərə gedib? Dəyməyin, qoy getsin, Allah xoşbəxt eləsin. Bunun xəbər yükü yoxdur. Paylaşmasanız da olar. Şəhid qardaşı toyda dava salıb? Yola verin, verə bilmirsizsə, polisə şikayət edin. Daha bunu manşetə çıxarıb "Toyda dava salan hansı şəhidimizin qardaşıdır?" yazmayın".

O vurğulayıb ki, cinayət və ya faciəvi hadisələr baş verdikdə də şəhidlərin xatirəsi sensasiya predmetinə çevrilməməlidir:

"Şəhid atası adam öldürüb? Öldürdüyü də şəhid oğlunun həyat yoldaşıdır? Kədərlənin. Atasız böyüməkdən qorxan uşaqların bir də anasız böyüyəcəklərini düşünün. Dəhşətə gəlin. Amma şəhidimizin şəkli ilə paylaşmayın".

Səddam Laçın media nümayəndələrinə və ictimaiyyətə müraciət edərək şəhidlərin adının yalnız onların Vətən uğrunda göstərdiyi qəhrəmanlıqla xatırlanmasının vacibliyini qeyd edib:

"Biz o oğlanı Vətən üçün gözünü qırpmadan canından keçib deyə sevirik, ona görə hər şeydən, hər kəsdən uca tuturuq. Onların adından bu qədər kortəbii istifadə etmək haqqımız yoxdur. Nə jurnalist kimi, nə vətəndaş kimi".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Bütün Xəbərlər