Ramin Məmmədov Astarada dini ibadətgahların fəaliyyəti ilə tanış oldu

Ramin Məmmədov Astarada dini ibadətgahların fəaliyyəti ilə tanış oldu
05.06.2025 09:48 Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Astara rayonu Ərçivan qəsəbəsində "Məhəmməd Hənəfiyyə” və Vəznəş kənd məscidlərini ziyarət edib. 

TodayPress TV xəbər verib ki, məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı komitə sədri multikultural dəyərlərin qorunması, eyni zamanda tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. 

Qeyd edib ki, Prezident İlham Əliyevin siyasəti ölkədə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsini təmin edir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada bütün dinlərə hörmətlə yanaşılır, bərabər münasibət göstərilir.

Ölkədə müxtəlif dinlərə aid ibadət yerlərinin tikintisi, təmir edilməsi və bərpası, mütəmadi olaraq dini qurumlara maddi yardım ayrılması dövlətin dini dəyərlərə həssas münasibətini əks etdirir. 

Görüşlərdə, həmçinin dini radikalizmlə mübarizə, dini maarifləndirmə tədbirlərinin davam etdirilməsi və dövlət-din münasibətlərinin inkişafı istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib.

Dini icmaların fəaliyyətinin şəffaf və qanunvericiliyə uyğun şəkildə təşkil edilməsinin vacibliyi vurğulanıb.

Dövlət komitəsinin sədri din xadimlərini vətəndaş birliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib, onları gənclərin milli-mənəvi ruhda tərbiyəsində fəal olmağa çağırıb. 

Din xadimləri dövlət tərəfindən onlara göstərilən qayğını yüksək dəyərləndirdiklərini qeyd edərək dini dəyərlərin qorunmasına həssas münasibətdən məmnunluqlarını ifadə ediblər.

FOTOLAR

Ramin Məmmədov Astarada dini ibadətgahların fəaliyyəti ilə tanış oldu — 1
Ramin Məmmədov Astarada dini ibadətgahların fəaliyyəti ilə tanış oldu — 2
Ramin Məmmədov Astarada dini ibadətgahların fəaliyyəti ilə tanış oldu — 3
Ramin Məmmədov Astarada dini ibadətgahların fəaliyyəti ilə tanış oldu — 4
Ramin Məmmədov Astarada dini ibadətgahların fəaliyyəti ilə tanış oldu — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər