Ombudsman Səbinə Əliyeva: “Psixi sağlamlıq hüququ fundamental insan hüququdur”

Ombudsman Səbinə Əliyeva: “Psixi sağlamlıq hüququ fundamental insan hüququdur”
09.10.2025 14:23 Cəmiyyət

Ombudsman Səbinə Əliyeva “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclasında çıxış edib.

TodayPress TV çıxışı təqdim edir:

“Psixi sağlamlıq hüququ hər bir fərdin fiziki, psixoloji və emosional rifahını təmin edən fundamental hüquqdur. Bu hüquq təkcə tibbi yardım almaqla məhdudlaşmır. Eyni zamanda, psixi sağlamlıq problemləri olan insanların stiqma, stereotiplər və ayrı-seçkilikdən qorunmaq, təhlükəsiz və inklüziv cəmiyyətdə yaşamaq imkanını da əhatə edir. Yəni, psixi pozuntulardan əziyyət çəkən insanlar damğalanmadan, təcrid olunmadan tamhüquqlu və ləyaqətli şəkildə yaşamaq imkanına malik olmalıdırlar.

Bu gün insan hüquqları ilə bağlı beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində “psixi sağlamlıq hüququ” anlayışı geniş istifadə edilməkdədir. Psixi sağlamlıq hüququ artıq universal insan hüquqları siyahısında özünə yer tapmışdır.

Ümumdünya Səhiyyə Təşkilatı psixi sağlamlığın yaxşılaşdırılmasını qlobal ictimai səhiyyə, insan hüquqları və dayanıqlı inkişaf sahəsində prioritet elan edib. Təsadüfi deyildir ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3.4-cü hədəfi məhz psixi sağlamlığın və rifahın təşviqinə həsr olunub.  2023-cü ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə “Psixi sağlamlıq, insan hüquqları və qanunvericilik: rəhbər prinsiplər və təcrübə” adlı təlimat xarakterli birgə sənədi ictimaiyyətə təqdim etmişdir. Bu sənəd dünya ökələrində psixi sağlamlıq sahəsində islahatlara təkan verilməsi, hüquqi bazanın təkmilləşdirilməsi və nəticə etibarilə keyfiyyətli psixiatriya yardımının göstərilməsi istiqamətində yol xəritəsini təqdim edir. Biz də bu beynəlxalq rəhbər prinsiplərdən yararlanaraq ölkəmizdə psixi sağlamlıq sahəsində hüquqi bazanın və praktik tədbirlərin gücləndirilməsinə çalışmalıyıq”

TodayPress TV 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər