Ombudsman: "Heç kəs psixoloji yardım və reabilitasiya imkanlarından kənarda qalmamalıdır”

Ombudsman: "Heç kəs psixoloji yardım və reabilitasiya imkanlarından kənarda qalmamalıdır”
09.10.2025 14:55 Cəmiyyət

“Böhran anlarında heç kəs psixoloji yardım və reabilitasiya imkanlarından kənarda qalmamalıdır”

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası zamanı deyib.

“Fövqəladə hallar və böhranlar zamanı psixi sağlamlıq xidmətlərinə çıxış” builki Ümumdünya Sağlamlıq Gününün mövzusudur. Bu yanaşma müharibə, təbii fəlakət, pandemiya və digər böhran şəraitində psixoloji dəstək xidmətlərinin əlçatanlığını insan hüquqlarının tərkib hissəsi kimi ön plana çıxarır. Belə hallarda insanların yaşadığı stress, travma və qorxunun onların həyat keyfiyyətinə uzunmüddətli təsir göstərməsi xüsusi diqqət tələb edir. Ona görə də böhran anlarında heç kəs psixoloji yardım və reabilitasiya imkanlarından kənarda qalmamalıdır. Bu mövzu təəssüf ki, bizim cəmiyyət üçün son dərəcə aktualdır. Ölkəmiz Birinci və İkinci Qarabağ müharibəsinin ağır nəticələrini yaşamışdır. Müharibələr yalnız fiziki dağıntılarla bitmir – onun mənəvi və psixi mirası illərlə davam edən yaralar qoyur. Köçkünlük, itkilər, əsir götürülmə halları, partlayıcı qalıqların yaratdığı təhlükələr, ailə və icma bağlarının zədələnməsi minlərlə vətəndaşımızın stabil psixi vəziyyətini sarsıtmışdır. Qeyd etmək istəyirəm ki, müharibə və post-müharibə dövründə zərərçəkmiş şəxslərə və onların yaxınlarına, ailə üzvlərinə mütəxəssislər tərəfindən psixoloji və tibbi dəstək göstərilməsi məqsədilə Ombudsmanın təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində - Gəncədə, Şəkidə, Ağstafada, Lənkəranda aksiyalar təşkil olunmuşdur.

 Bu ağır təcrübələr göstərir ki, psixi sağlamlıq yardımı müharibədən sonrakı bərpa prosesinin əsas hissəsidir. Ombudsman olaraq, qazilərin, şəhid ailələrinin psixososial reabilitasiyasını daim diqqətdə saxlayırıq və bu istiqamətdə fəaliyyətin gücləndirilməsini tövsiyə edirik”.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Bütün Xəbərlər