Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi

Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi
08.04.2026 16:34 Cəmiyyət

Azərbaycanda nəqliyyat sektorunda yeni dövlət standartları qəbul edib.

Bu barədə TodayPress TV-yə Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) bildirilib.

Qəbul olunan standartlar BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasında hazırlanıb:

AZS ECE 9:2026 (UN Regulation №9) “Səs emissiyası baxımından L2, L4 və L5 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”;

AZS ECE 10:2026 (UN Regulation №10) “Elektromaqnit uyğunluğu ilə bağlı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”;

AZS ECE 11:2026 (UN Regulation №11) “Qapı kilidləri və qapının saxlayıcı qurğuları ilə bağlı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”;

AZS ECE 12:2026 (UN Regulation №12) “Zərbə zamanı sürücünün sükan idarə olunma sistemindən qorunması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”;

AZS ECE 13H:2026 (UN Regulation №13H) “Sərnişin avtomobillərinin əyləc sistemləri baxımından rəsmi təsdiqinə dair vahid müddəalar”;

AZS ECE 14:2026 (UN Regulation №14) “Təhlükəsizlik kəmərlərinin bərkidilməsi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”;

AZS ECE 17:2026 (UN Regulation №17) “Oturacaqlar, onların bərkitmələri və başaltıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”;

AZS ECE 25:2026 (UN Regulation №25) “Nəqliyyat vasitələrinin oturacaqlarına quraşdırılmış və ya quraşdırılmamış başaltıların rəsmi təsdiqinə dair vahid müddəalar”;

AZS ECE 26:2026 (UN Regulation №26) “Xarici çıxıntıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”;

AZS ECE 37:2026 (UN Regulation №37) “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının təsdiq edilmiş fənərlərində istifadəsi üçün nəzərdə tutulmuş közərmə lampalarının rəsmi təsdiqinə dair vahid müddəalar”.

Qeyd edək ki, bu dövlət standartları M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkət şəraitində yaratdığı səs-küy səviyyələrinin ölçülməsi və qiymətləndirilməsi, elektromaqnit uyğunluğunun təmin edilməsi, qapı kilidləri, sükan idarəolunma və əyləc sistemləri, təhlükəsizlik kəmərlərinin bərkitmələri, oturacaqların və başaltıların möhkəmliyi, nəqliyyat vasitələrinin xarici çıxıntıları və fənərlərdə istifadə olunan lampaların texniki göstəricilərinin qiymətləndirilməsi və təhlükəsizliyi sahələrini əhatə edir.

Sözügedən dövlət standartı layihələri “2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin sədrlik etdiyi “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Bütün Xəbərlər