Mənzil sahiblərinin özbaşınalığı: Tələbələr narazıdır... - VİDEO

Mənzil sahiblərinin özbaşınalığı: Tələbələr narazıdır... - VİDEO
10.09.2025 15:36 Cəmiyyət

Hər il olduğu kimi, bu il də tədris ilinin başlaması ərəfəsində kirayə evlərin qiymətlərində artım müşahidə edilir. 

Tələbələr TodayPress TV-yə iki nəfərlik evdə dörd nəfərin qalmasının çox çətin və problemli olduğunu bildiriblər.

Belə ki, kirayə evlərin qiymətləri orta hesabla 50 faizə yaxın artıb. Bu, ali təhsil almaq üçün Bakıya üz tutan tələbələrin etirazlarına səbəb olur. 

Onlar qiymətlərin baha, bu qiymət qarşılığında təqdim edilən evlərin isə şəraitsiz və kiçik olduğunu bildirirlər. Bəzən bir-iki otaqlı kirayə mənzillərdə eyni anda 4-5 tələbə məskunlaşır. Bu da sonradan tələbələrdə narahatlıq yaradır: 

“Qiymətlər daha aşağı olsa, tələbələr tək də kirayə tutub orada qala bilərlər". 

Maraqlıdır, məsələ hüquqi tərəfdən necə tənzimlənməlidir?

Hüquqşünas Səməd Vəkilov məsələnin hüquqi tərəfindən TodayPress TV-yə danışdı. 


“Vergidən yayınma halları da çoxluq təşkil edir". 

"Mənzillərin kirayə verilməsində rast gəlinən pozuntular daha çox bu müqavilələrin notarial qaydada bağlanmamasıdır. Bu, mənzil kirayə verən şəxslərə şərait yaradır ki, onlar istədiyi şərtlərlə şifahi razılaşmalar əsasında mənzillərini kirayə versinlər. Təbii ki, burada vergidən yayınma halları da çoxluq təşkil edir". 

O, ev kirayələmək istəyənləri diqqətli olmağa çağırıb.

“Notarial qaydada təsdiq olunmuş müqavilə ilə mənzildə qalsalar, o halda onlara heç bir çətinlik olmayacaq”.

"Şifahi razılaşma əsasında bağlanan müqavilələrdə kirayə müqaviləsinin subyektlərinin çoxluğu, mənzil şəraitinin aşağı olması heç bir halda məsuliyyətə səbəb olmayacaq. Bundan sonra da bu cür problemləri məhkəməyə daşıdıqları təqdirdə, mənzildə kirayə qalmaqlarını da sübut etmək məcburiyyətində qalacaqlar. Lakin notarial qaydada təsdiq olunmuş müqavilə ilə mənzildə qalsalar, o halda onlara heç bir çətinlik olmayacaq". 

Problem isə bununla da bitmir. Gənclərin bir-birlərinə uyğunlaşmaları, dar otaqlarda dərslərə hazırlaşmaları da əsas müzakirə mövzuları sırasındadır.

Bəs kirayə evlərdə qalan tələbələr hansı psixoloji təsirlərə məruz qala bilərlər? 

Mövzu ilə bağlı TodayPress TV yə danışan psixoloq Aygün Ağabalayeva deyir ki, bəzi tələbələr adaptasiya ola bilmədiyi üçün gərginlik, stres yaşayırlar.


“Qiymətlər uyğun olsa, hər kəs öz istəyinə görə yaşayar”.

"Bununla yanaşı, onlar maddi vəziyyəti də çox düşünürlər. Üstəlik, bir evə hər ailədən bir uşaq gəlir. Onların hamısı müxtəlif xasiyyətli olur. Buna görə də uyğunlaşma çətinləşir. Qiymətlər uyğun olsa, hər kəs öz istəyinə görə yaşayar. Məcburiyyət qarşısında hansısa bir evdə kimləsə qalmazlar".

Qeyd edək ki, hazırda paytaxt kirayə mənzil bazarında qiymət artımı müşahidə olunur. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc hesab edir ki, bu, Bakı Şəhəri Baş Planı 2040 sənədində nəzərdə tutulan söküntülərlə, həm də mövsümi olaraq abituriyent axını ilə bağlıdır.

Türkan İsgəndərli 

Ziyafət Əlisoy

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Bütün Xəbərlər