Memardan SƏRT TƏPKİ: "Kəndlər kazarmaya çevrilir!"

Memardan SƏRT TƏPKİ: "Kəndlər kazarmaya çevrilir!"
03.06.2025 13:51 Cəmiyyət

Millət vəkili Razi Nurullayev təklif edib ki, Qarabağda vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin. 

Mövzu ilə bağlı Memar və şəhərsalma mütəxəssisi Cahid Həsənov Todaypress TV-yə açıqlamasında bildirib ki, o, Razi Nurullayevin yeni şəhərsalma təşəbbüsünü dəstəkləyir. 

Onun sözlərinə görə, bu təklif memarlıq sahəsində illərlə gözlənilən dəyişikliyə yol aça bilər.

“Bir şəhərsalma memarı kimi nəhayət bu fikirləri eşitmək məni çox sevindirdi. Bilirsiniz, bu yolun alternativi yoxdur. Bu təşəbbüs həm də memar, dizayner və mühəndislər üçün böyük məşğulluq imkanı yaradacaq. Yüzlərlə, minlərlə mütəxəssis, memar, mühəndis, dizayner bu layihələr vasitəsilə işlə təmin oluna bilər. Əslində, işğaldan azad olunan ərazilərdə bu illərdə memar çatışmazlığı yaşanmalı idi. Təəssüf ki, 30 illik təcrübəsi olan peşəkar memarlarımız belə bu proseslərə cəlb olunmur".  

Memar hazırda bəzi kəndlərdə eyni layihə əsasında yüzlərlə evin tikildiyini, nəticədə memarlıq fərqliliyinin aradan qalxdığını və bu ərazilərin kazarma tipli yaşayış məntəqələrinə çevrildiyini bildirib:

“Arxitektura komitəsi tərəfindən bir kənd evi layihəsi hazırlanıb 500-1000 dəfə tətbiq olunur. Bu, kənd deyil, kazarma şəhərciyidir. Hər bir ev fərqli layihə əsasında tikilməlidir. Bu memarlığın əsas prinsipidir. Özəl tikintilərə icazə verilərsə, bu həm memarlıq baxımından keyfiyyətin artmasına, həm də daha effektiv dövlət vəsaiti istifadəsinə gətirib çıxarar".

O əlavə edib ki, hazırda dövlət tərəfindən ayrılan 150-180 min manat büdcə ilə 55-60 min manatlıq tipik evlər tikilir. Halbuki bu məbləğ kompensasiya formasında vətəndaşa verilsə, o, həmin vəsaitə özəl şirkət vasitəsilə daha keyfiyyətli və estetik ev tikə bilər.

Cahid Həsənov qeyd edib ki, bu yanaşma kəndlərin vizual görünüşünü yaxşılaşdırmaqla yanaşı, minlərlə ustanın, dizaynerin, tikinti firmasının da əmək bazarına cəlb olunmasına səbəb olacaq.

Qeyd edək ki, Razi Nurullayev mayın 30-da keçirilən parlamentin iclasında bildirib ki, keçmiş məcburi köçkünlərin xeyli hissəsi doğma torpaqlara qayıtdıqdan sonra öz evlərini tikmək iqtidarındadır. Onların arasında həm maliyyə baxımından imkanlı ailələr, həm də tikinti sahəsində bilikli və təcrübəli şəxslər yer alır.

Bu baxımdan, o, təklif edib ki, dövlət yalnız əsas infrastrukturun, yol, su, elektrik, kanalizasiya və rabitə sistemlərinin qurulmasına məsuliyyət daşısın, ev tikintisinə isə qanuni çərçivədə vətəndaşların özlərinin cəlb olunmasına şərait yaratsın. 

Türkan İsgəndərli

FOTOLAR

Memardan SƏRT TƏPKİ: "Kəndlər kazarmaya çevrilir!" — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər