Fotoqraf Ağoğlanda ermənilərin sirrini açdı – bir xətt ilə tarixi saxtalaşdırıblar

Fotoqraf Ağoğlanda ermənilərin sirrini açdı – bir xətt ilə tarixi saxtalaşdırıblar
20.07.2026 14:21 Cəmiyyət

Fotoqraf Əli Əkbər Ağoğlan monastırı ilə bağlı diqqətçəkən paylaşım edib. O, işğal dövründə abidədə aparıldığı iddia edilən dəyişikliklər və tarixi saxtalaşdırma cəhdləri barədə məlumat verib.

TodayPress TV xəbər verir ki, fotoqrafın sözlərinə görə, 1997-2001-ci illərdə erməni diasporunun maddi dəstəyi ilə Ağoğlan monastırında guya “restavrasiya” işləri həyata keçirilib.

Əli Əkbər bildirib ki, abidənin pəncərələri və müxtəlif hissələrində qriqoryan xaçları həkk olunub, divarlardakı yazılar korlanaraq silinib, bəzi tarixi simvollar və ornamentlər isə dəyişdirilərək tanınmaz hala salınıb.

Onun sözlərinə görə, ümumi giriş qapısının önündə xaçdaşları basdırılıb, monastırın ətrafına isə dörd qəbir daşı yerləşdirilərək abidə erməni kilsəsi kimi təqdim olunmağa çalışılıb.

Fotoqraf iddia edib ki, xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsi də monastırın divarlarının müxtəlif hissələrinə bərkidilib.

Əli Əkbər paylaşımında qeyd edib ki, Alban xristian dövrünə aid çoxsaylı məzar nümunələri ABŞ-da radiokarbon analizlərinə cəlb edilib. Onun iddiasına görə, nəticələrdə erməni izinə rast gəlinmədiyi üçün məlumatlar ictimaiyyətə açıqlanmayıb.

“Ağoğlan monastırı Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Ağoğlan (Kosalar) kəndində yerləşir. Abidənin əsası V-VI əsrlərdə qoyulub”, – deyə paylaşımda bildirilir.

Fotoqraf, həmçinin işğal illərində monastırın interyerində də dəyişikliklər edildiyini, altarın hündürlüyünün dəyişdirildiyini və mərkəzi hissəyə yeni postament yerləşdirildiyini qeyd edib. O, əlavə edib ki, abidənin üst örtüyündə erməni istehsalı olduğu bildirilən qırmızı rəngli kirəmitlərdən istifadə olunub.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Fotoqraf Ağoğlanda ermənilərin sirrini açdı – bir xətt ilə tarixi saxtalaşdırıblar — 1
Fotoqraf Ağoğlanda ermənilərin sirrini açdı – bir xətt ilə tarixi saxtalaşdırıblar — 2
Fotoqraf Ağoğlanda ermənilərin sirrini açdı – bir xətt ilə tarixi saxtalaşdırıblar — 3
Fotoqraf Ağoğlanda ermənilərin sirrini açdı – bir xətt ilə tarixi saxtalaşdırıblar — 4
Fotoqraf Ağoğlanda ermənilərin sirrini açdı – bir xətt ilə tarixi saxtalaşdırıblar — 5
XƏBƏR LENTİ
21 IYUL 2026
Cəlilabad sakinlərinə XƏBƏRDARLIQ: Bu ərazilər işıqsız qalacaq 21:53 Yatmazdan əvvəl bunu edin - Oynaq ağrılarınız xeyli azalacaq 01:43 Sağlam yuxunun qarşısını alan qidalar açıqlandı 01:36 Bir ovuc qara qarağatın orqanizmə inanılmaz təsiri var 01:20 Bu 10 vərdiş ömrünüzü qısaldır - Həkimlərdən ciddi xəbərdarlıq 01:06 Sevgi, pul, iş… Bu gün bürcləri nələr gözləyir? 00:55 Kondisionerin gizli təhlükələri üzə çıxdı - Həkimlər xəbərdarlıq edir 23:59 Sankt-Peterburq yaxınlığında sənaye parkı alova büründü - VİDEO 01:27 Çabahar hədəfə alındı - VİDEO 01:15 Rusiya PUA ilə ticarət mərkəzini vurdu - VİDEO 00:47 ABŞ İrana qarşı yeni zərbələrə başladı - TƏCİLİ 00:30 İranda partlayış səsləri eşidildi 00:24 İordaniyada ard-arda partlayış səsləri eşidilib - VİDEO 00:21 İranda Fransa səfirliyinin iki əməkdaşı saxlanıldı - SƏBƏB 00:04 UEFA prezidenti DÇ-nin final matçına getmədi - SƏBƏB bu imiş 23:34 Salyanda dəhşətli qəzada ölənlərin sayı artdı 18:50 Atasının idarə etdiyi aqreqat 3 yaşlı qızın sonu oldu – Dəhşətli faciə 23:10 SON DƏQİQƏ: İordaniya İrandan atıldığı iddia olunan raketləri havada məhv etdi 22:52 İlham Əliyev Berlində vacib görüş keçirdi 22:40 İranın zərbəsi beynəlxalq hava limanını hədəfə aldı 22:30 İtaliyanın hərbi attaşesi Rusiyadan qovuldu - Nə baş verir? 22:26 TƏCİLİ: İran Küveyt sərhədinə hərbi texnika yığır - VİDEO 22:13 Ermənilər pomidora görə “ayağa qalxdı” - Azərbaycanla sərhəd ərazidə yol bağlandı 21:59 Messidən finaldan sonra hamını təəccübləndirən addım 21:47 İlham Əliyev Almaniyada rəsmi səfərdədir 21:28 Bütün Xəbərlər