FHN-də beynəlxalq elmi-praktik konfrans keçirildi

FHN-də beynəlxalq elmi-praktik konfrans keçirildi
03.10.2025 12:33 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Elm və Təhsil Komitəsinin 8-ci iclası və iclas çərçivəsində "Avtomobil konstruksiyasında dövri dəyişikliklər və qəza-xilasetmə problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Komitənin 8-ci iclası təhsil fəaliyyətinin inkişafı üçün əlaqələndirilmiş yanaşmaları inkişaf etdirmək, o cümlədən üzv dövlətlərə əlçatanlığı genişləndirmək və xərcləri azaltmaq üçün yeni təlim formatlarının müəyyənləşdirilməsi, sertifikatlaşdırma mexanizmlərinin, keyfiyyətin monitorinqinin və bilik bazasının inkişafının müzakirəsi, habelə müntəzəmliyi və praktiki effektivliyi təmin edəcək davamlı formatın hazırlanması məqsədilə təşkil olunub.

Konfransın keçirilməsində isə əsas məqsəd müasir avtomobil konstruksiyalarında baş verən dəyişikliklərin qəza-xilasetmə işlərinə təsirinin araşdırılması, elektromobillərin bu sahədə yaratdığı yeni çağırışların, yanğın-təhlükəsizlik məsələlərinin təkmilləşdirilməsinin müzakirəsi və beynəlxalq təcrübənin öyrənilməsi olub.

Tədbirlərdə Azərbaycan, Qazaxıstan və Rusiya Fövqəladə Hallar nazirliklərinin, eyni zamanda ölkəmizin aidiyyəti dövlət qurumlarının məsul şəxsləri, Rusiya-Serbiya Humanitar Mərkəzinin nümayəndələri, nüfuzlu ali təhsil müəssisələrinin, həmçinin respublikamızın və xarici dövlətlərin bu sahədə ixtisaslaşmış mərkəzlərinin mütəxəssisləri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun tədbir iştirakçılarına müraciəti səsləndirilib. Müraciətdə müasir texnoloji həllərin fövqəladə hallarla daha çevik və effektiv mübarizə aparmaq üçün açdığı yeni imkanlardan danışan nazir, eyni zamanda avtomobil sənayesinin və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafının təhlükəsizlik üsullarını təkmilləşdirməyi, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasını və fövqəladə xilasetmə əməliyyatlarının çevik aparılmasını tələb etdiyini vurğulayıb.

Konfransın əhəmiyyətinə toxunan fövqəladə hallar naziri burada aparılan müzakirələrin və səsləndirilən təkliflərin beynəlxalq əməkdaşlığın inkişafına, o cümlədən xilasedicilərin hazırlanması, təcrübə mübadiləsi və qəza-xilasetmə işlərinin təşkili sahələrində BMMT ilə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edib, uğurlar arzulayıb.

Konfransda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli videokonfrans formatında salamlama nitqi ilə çıxış edib. İştirakçıları səmimi salamlayan Baş katib Ə.Kələntərli müasir texnoloji yeniliklərin mülki müdafiə xidmətlərinin praktiki ehtiyacları ilə birləşdirilməsinin əhəmiyyətindən danışıb, vahid təlim standartlarının və formatlarının işlənib hazırlanmasının, tədqiqat proqramının formalaşdırılmasının və bunların həyata keçirilməsi mexanizmlərinin tətbiqinin vacibliyini vurğulayıb. Qeyd edib ki, BMMT Katibliyi bu sahələr üzrə müfəssəl materiallar hazırlayıb tədbir iştirakçılarının müzakirəsinə təqdim edəcək. Baş katib tədbirin elmi və təhsil ekosisteminin inkişafında irəliyə doğru birgə addım olacağına əminlik ifadə edib və iştirakçılara uğurlar arzulayıb.

Konfransın plenar iclasında müxtəlif mövzularda məruzələr dinlənilib. Çıxışlarda elektrik və hibrid avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin, litium-ion batareyalarının yaratdığı yanğın təhlükəsinin, xilasetmə əməliyyatlarında robototexnika və dronlardan istifadə imkanlarının, elektromobillərin infrastrukturunda yanğın təhlükəsizliyi tədbirlərinin, həmçinin bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.

Konfransda geniş fikir mübadiləsi aparılıb, avtomobil təhlükəsizliyi və qəza-xilasetmə sahəsində əməkdaşlığın daha da gücləndirilməsi barədə təkliflər səsləndirilib.

Konfransın sonunda məruzəçilərə sertifikatlar təqdim olunub.

Sonra konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən Muzey və fənn kabinetləri ilə tanış olublar.

Bundan əlavə, konfrans çərçivəsində qəza-xilasetmə əməliyyatlarının praktiki nümayişi keçirilib. Təcrübə məşqlərində müasir texnologiyalardan istifadə etməklə qəza nəticələrinin aradan qaldırılması üzrə real vəziyyətlər modelləşdirilib.

Konfrans çərçivəsində iştirakçılar, həmçinin Akademiyada "Müasir dövrdə elektromobillərin istifadəsi və təhlükəsizlik problemləri" mövzusunda təşkil edilmiş sərgi ilə də tanış olublar.

BMMT-nin Elm və Təhsil Komitəsinin 8-ci iclası isə oktyabrın 2-də keçirilib. İclasda yeni tədris formatları, standartlaşdırma və keyfiyyətin qiymətləndirilməsi mexanizmləri də daxil olmaqla, BMMT-nin təhsil sisteminin gələcək inkişafına dair məruzələr dinlənilib, səmərəli müzakirələr aparılıb.

Sonra tədbir iştirakçıları Fövqəladə Hallar Nazirliyi Akademiyasında dərs otaqları, təlim-tədris yanğın hissəsi, peşə hazırlığı poliqonu və məşqlər zamanı istifadə olunan müasir xüsusi texnikalarla tanış olub, kursantların müxtəlif xarakterli fövqəladə halların qarşısının alınması üzrə praktiki məşğələlərini izləyiblər.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Bütün Xəbərlər