Fətəli xan Xoyski küçəsində yenilik tətbiq olunur

Fətəli xan Xoyski küçəsində yenilik tətbiq olunur
30.05.2025 17:49 Cəmiyyət

Fətəli xan Xoyski küçəsi, “Gənclik Mall”un qarşısı sıxlıq hallarının müşahidə edildiyi ərazidir. Əhmədbəy Ağaoğlu küçəsi, Vaqif və Atatürk prospektləri istiqamətlərindən gələn 6 hərəkət zolağı bu ərazidə 3 hərəkət zolağı ilə əvəzlənir. Nəticədə darboğaz əmələ gəlir və nəqliyyat vasitələrinin hərəkəti çətinləşir. 

Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.

Bundan əlavə, “Gənclik Mall”a gələn yüksək ziyarətçi axını parklanma yerinin girişində növbəyə səbəb olur. Bu isə Fətəli xan Xoyski küçəsini, o cümlədən, avtobus zolağını bloklayır. Məsələnin həlli üçün yeni layihə icra olunacaq. 

“Gənclik Mall”un giriş hissəsində “dropoff” məntəqəsinin yaradılması, parklanma yerinin giriş hissəsində olan geriyədönmə yerinin təkmilləşdirilməsi, Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutuluг. 

Bununla da ticarət və əyləncə mərkəzinin giriş hissəsində sıxlığın azaldılması, sıxlıq olsa belə bunun əsas yola minimum təsiri müşahidə ediləcək, avtomobil və ictimai nəqliyyatın fasiləsiz olaraq hərəkətinin təmin edilməsi baş tutacaq. 

Bütün tənzimləmələr AYNA-nın mütəxəssisləri tərəfindən hesablanıb və təhlil olunub, vətəndaşların daha rahat hərəkət etməsi üçün nəzərdə tutulub.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər