Əmək sahəsində 41 yeni dövlət standartı qəbul edildi

Əmək sahəsində 41 yeni dövlət standartı qəbul edildi
07.10.2025 12:49 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əmək sahəsində 41 yeni dövlət standartı qəbul edilib.

Bu barədə TodayPress TV-yə AZSTAND-dan bildirilib.

Məlumata görə, qəbul edilən yeni dövlət standartları aşağıdakılardır:

AZS EN 1497:2025 "Fərdi yıxılmadan mühafizə avadanlıqları - Xilasedici kəmərlər"

AZS EN 14126:2025 "Qoruyucu geyim - İnfeksion törədicilərə qarşı qoruyucu geyim üçün texniki səmərəlilik tələbləri və sınaq üsulları"

AZS EN 17353:2025 "Qoruyucu geyimlər - Orta riskli vəziyyətlər üçün daha yaxşı görünmə qabiliyyətinə malik avadanlıqlar- Sınaq üsulları və tələblər"

AZS ISO 12402 - 2:2025 "Fərdi flotasiya vasitələri — Hissə 2: Xilasedici jiletlər (texniki səmərəlilik səviyyəsi 275) — Təhlükəsizliyə dair tələblər"

AZS ISO 12402 - 3:2025 "Fərdi flotasiya vasitələri — Hissə 3: Xilasedici jiletlər (texniki səmərəlilik səviyyəsi 150) — Təhlükəsizliyə dair tələblər

AZS ISO 12402 - 4:2025 "Fərdi flotasiya vasitələri — Hissə 4: Xilasedici jiletlər (texniki səmərəlilik səviyyəsi 100) — Təhlükəsizliyə dair tələblər”

AZS ISO 12402 - 5:2025 "Fərdi flotasiya vasitələri — Hissə 5: Üzmə qabiliyyətinə malik köməkçi vasitələr (səviyyə 50) — Təhlükəsizliyə dair tələblər"

AZS ISO 12402 - 6:2025 "Fərdi flotasiya vasitələri — Hissə 6: Xüsusi təyinatlı xilasedici jiletlər və üzmə qabiliyyətinə malik köməkçi vasitələr — Təhlükəsizliyə dair tələblər və əlavə sınaq üsulları."

AZS ISO 12402 - 8:2025 "Fərdi flotasiya vasitələri — Hissə 8: Aksesuarlar — Təhlükəsizliyə dair tələblər və sınaq üsulları"

AZS ISO 12402 - 9:2025 "Fərdi flotasiya vasitələri — Hissə 9: Qiymətləndirmə"

AZS ISO 13506 - 1:2025 "İstilik və alovdan qoruyucu geyim — Hissə 1: Xüsusi geyimlər üçün sınaq üsulu — Alətlərlə təchiz olunmuş manekendən istifadə edərək ötürülən enerjinin ölçülməsi"

AZS ISO 13997:2025 "Qoruyucu geyim — Mexaniki xüsusiyyətlər — İti predmetlərin kəsici təsirinə qarşı müqavimətin təyini"

AZS ISO 15831:2025 "Geyim. Fizioloji təsirlər Termomaneken üzərində istilik izolyasiyasının ölçülməsi üsulu"

AZS ISO 16321 - 3:2025 "Əmək mühitində istifadə üçün göz və üz qoruyucu vasitələr — Hissə 3: Torlu qoruyucular üzrə əlavə tələblər"

AZS ISO 18526-3:2025 "Gözlərin və üzün mühafizəsi – Sınaq üsulları – Hissə 3: Fiziki və mexaniki xassələr"

AZS ISO 19918:2025 "Qoruyucu geyim – Kimyəvi maddələrə qarşı mühafizə – Aşağı buxar təzyiqinə malik kimyəvi maddələrin materiallar vasitəsilə kumulyativ nüfuzetməsinin ölçülməsi"

AZS ISO 20471:2025 "Yüksək görünmə qabiliyyətinə malik geyimlər – Sınaq üsulları və tələblər"

AZS ISO 16321 - 2:2025 "Əmək mühitində istifadə üçün göz və üz qoruyucu vasitələr — Hissə 2: Qaynaq və əlaqəli üsulların tətbiqi zamanı istifadə olunan qoruyucu vasitələrə dair əlavə tələblər"

AZS ISO 18640-2:2025 "Yanğınsöndürənlər üçün nəzərdə tutulmuş qoruyucu geyimlər. Fizioloji təsirlər Hissə 2: Yanğınsöndürənlərin geyindiyi qoruyucu geyimlərin yaratdığı fizioloji istilik yükünün təyini"

AZS EN 12628:2025 “Dayvinq aksesuarları. Kombinə edilmiş üzmə qabiliyyətinə malik vasitələr və xilasetmə vasitələri. Funksionallıq və təhlükəsizliklə bağlı tələblər, sınaq üsulları”

AZS ISO/TS 30431:2025 “İnsan resurslarının idarə olunması — İdarəetmə üzrə göstəricilər toplusu”

AZS ISO/TS 30425:2025 “İnsan resurslarının idarəolunması — İşçi qüvvəsinin əlçatanlığı üzrə göstəricilər qrupu”

AZS ISO/TS 30411:2025 “İnsan resurslarının idarə olunması. İşə qəbul keyfiyyəti ölçüsü”

AZS ISO 24178:2025 “İnsan resurslarının idarə olunması – Təşkilati mədəniyyət üzrə göstəricilər klasteri”

AZS ISO 3463:2025 “Kənd və meşə təsərrüfatları üçün traktorlar - Aşmaya qarşı qoruyucu konstruksiyalar (ROPS) - Dinamik sınaq üsulu və qəbul şərtləri”

AZS ISO 5006:2025 “Torpaq işləri aparan maşınlar —Operatorun görmə sahəsi — Sınaq üsulu və effektivliyə dair meyarlar”

AZS ISO 10819:2025 “Mexaniki vibrasiya və şok. Ələ və qola ötürülən vibrasiya. Əlcəklərin ovucda vibrasiya ötürmə qabiliyyətinin ölçülməsi və qiymətləndirilməsi”

AZS ISO 18640-1:2025 “Yanğınsöndürənlər üçün nəzərdə tutulmuş qoruyucu geyimlər.

Fizioloji təsirlər. Hissə 1: Tərləyən gövdə strukturundan istifadə olunmaqla istiliyin və nəmin ötürülməsinin birgə ölçülməsi”

AZS ASTM E50:2025 “Metalların, filizlərin və əlaqədar materialların kimyəvi analizi üçün cihazlar, reagentlər və təhlükəsizlik məsələləri üzrə Standart Təcrübələr”

AZS ISO/TS 30410:2025 “İnsan resurslarının idarə edilməsi — İşə qəbulun təsiri göstəricisi”

AZS ISO/TS 30427:2025 “İnsan resurslarının idarı edilməsi – Xərc göstəriciləri klasteri”

AZS ISO 30430:2025 “İnsan resurslarının idarə edilməsi — İşə qəbul göstəriciləri klasteri”

AZS ISO 13995:2025 “Qoruyucu geyimlər — Mexanik xüsusiyyətlər — Materialların dəlinməyə və dinamik yırtılmasına qarşı davamlılığının təyini üçün sınaq üsulu”

AZS ISO/TS 30421:2025 “İnsan resurslarının idarə edilməsi — İşçi dövriyyəsi və işçilərin vəzifədə saxlanması göstəriciləri”

AZS ISO/TS 30433:2025 “İnsan resurslarının idarə edilməsi — Varisliyin planlaşdırılması üzrə göstəricilər klasteri”

AZS ГОСТ 31581:2025 “Lazer təhlükəsizliyi. Lazer məmulatlarının işlənib-hazırlanması və istismarı zamanı ümumi təhlükəsizlik tələbləri”

AZS ISO 11014:2025 “Kimyəvi məhsullar üzrə təhlükəsizlik pasportu – Bölmələrin məzmunu və ardıcıllığı”

AZS ISO 23326:2025 “İnsan resurslarının idarə edilməsi – İşçilərin işə bağlılığı – Rəhbər qaydalar”

AZS ISO/TR 30406:2025 “İnsan resurslarının idarə edilməsi – Təşkilatlar dayanıqlı məşğulluğun idarə edilməsi”

AZS ISO/TS 30407:2025 “İnsan resurslarının idarə edilməsi – Hər işə qəbul üzrə xərclər”

AZS ISO/TS 24179:2025 “İnsan resurslarının idarə olunması.Əmək sağlamlığı və təhlükəsizliyi üzrə göstəricilər”

Sözügedən dövlət standartları xilasedici jiletlərin fərqli səviyyələrinə və müxtəlif qoruyucu geyimlərə dair, həmçinin infeksion törədicilər, mexaniki zədələnmələr, kimyəvi təsirlərə qarşı təhlükəsizlik tələblərini, eləcə də insan resurslarının idarəedilməsinə dair göstəricilərə olan tələbləri müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqində məqsəd iş mühitində yarana biləcək təhlükələr barədə işçi heyətin məlumatlılığının artırılması, işçilərin fiziki və psixoloji rifahının təmin edilməsi, insan həyatına və sağlamlığına mənfi təsir göstərən risklərin azaldılmasıdır.

Qeyd edək ki, yeni dövlət standartları “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) konsensus əsasında qəbul olunub və AZSTAND tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 Bütün Xəbərlər