Əlilliyi olan uşaqlar üçün yeni günərzi qayğı mərkəzi istifadəyə verildi

Əlilliyi olan uşaqlar üçün yeni günərzi qayğı mərkəzi istifadəyə verildi
14.04.2026 16:55 Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Bakının Sabunçu rayonunda (Sabunçu rayonu, Yavər Əliyev küçəsi 1) əlilliyi olan uşaqlar üçün yeni günərzi qayğı mərkəzini istifadəyə verib.

TodayPress TV əbər verir ki, mərkəz əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin nəzdində fəaliyyət göstərəcək. 

Açılış tədbirində Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iştirak ediblər. 

Qeyd edilib ki, Agentliyin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 4 günərzi qayğı mərkəzi fəaliyyət göstərir. Sabunçu günərzi qayğı mərkəzinin məqsədi əlilliyi olan uşaqların psixo-sosial reabilitasiyasını dəstəkləmək, onların cəmiyyətə inteqrasiyasını gücləndirmək və ailələrini zəruri sosial xidmətlərlə təmin etməkdir. 

Mərkəz, həmçinin şəxslərin dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına da dəstək məqsədi daşıyır. 

Mərkəzə qəbul olunan uşaqlar həftənin beş günü saat 9:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərlə təmin olunacaqlar. Eyni zamanda, valideynlər üçün uşaqlara qulluq bacarıqlarının artırılmasına yönəlmiş məsləhət xidmətləri göstəriləcək və müxtəlif təlim proqramları təşkil olunacaq. 

Mərkəzin göstərdiyi xidmətlərdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, eləcə də DOST mərkəzlərinə ərizə ilə müraciət edə bilərlər. Həmçinin Agentliyin sosial media hesablarına müraciət etməklə göstərilən sosial xidmətlərlə bağlı məlumat almaq mümkündür.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər