Ədliyyə Nazirliyi Avropa Şurasının ədliyyə nazirlərinin konfransında iştirak etdi

Ədliyyə Nazirliyi Avropa Şurasının ədliyyə nazirlərinin konfransında iştirak etdi
23.09.2025 15:46 Cəmiyyət

Maltanın Valetta şəhərində 18-19 sentyabr tarixlərində "Sərhədlərarası əməkdaşlıq və qarşılıqlı yardım: transmilli cinayətlərə qarşı mübarizə üzrə əməkdaşlığın gücləndirilməsi" mövzusunda Avropa Şurasının ədliyyə nazirlərinin konfransı keçirilib.

Bu barədə TodayPress TV-yə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, konfransda Avropa Şurasının səlahiyyətli qurumlarının rəhbər heyətləri, üzv dövlətlərinin ədliyyə nazirləri, səfirlər və digər rəhbər şəxslər iştirak ediblər.

Konfransda Azərbaycanı təmsil edən ədliyyə nazirinin müşaviri Seyfəlpaşa Əliyev çıxış edərək, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində Nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verib, bu istiqamətdə rəqəmsal alətlərin tətbiqi və əlaqələrin genişləndirilməsi üzrə müsbət təcrübələrimiz barədə iştirakçıları məlumatlandırıb.

Konfrans çərçivəsində "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyanın 3 saylı əlavə protokolu ("Valetta" protokolu) imzaya açıq elan edilib. Bununla bağlı müvafiq protokol layihəsini hazırlayan Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Avropa konvensiyalarının icrası üzrə Ekspertlər Komitəsinin (PC-OC) sədri, Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin rəisi Adil Əbilov müvafiq Protokolun hazırlanması zərurəti, onun fəaliyyətin təkmilləşdirilməsindəki rolu barədə məruzə edib.

Sonda hüquqi yardım sahəsində səmərəliliyin artırılması üzrə tədbirləri nəzərdə tutan Yekun Bəyannamə qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər