DSX-də 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirildi

DSX-də 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirildi
28.05.2025 10:14 Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib. 

Bu barədə TodayPress TV-yə DSX-dən məlumat verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Bildirilmişdir ki, İstiqlal Bəyannaməsinin imzalanması ilə müstəqilliyini dünyaya bəyan etmiş cümhuriyyətimiz cəmi 23 ay mövcud olmasına baxmayaraq, müsəlman şərqində ilk parlamentli respublika kimi demokratik idarəetmə quruluşuna malik olub, qadınlara seçki hüququ verilmiş, milli ordu, təhsil və məhkəmə sistemi yaradılıb, dövlət atributları formalaşdırılıb, Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla bərabər, xalqımızın azadlıq iradəsinin parlaq təcəssümünə çevrilib. 

Tədbirlərdə 1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş dövlətimizin ötən dövr ərzində mürəkkəb inkişaf yoluna nəzər salınmış, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışılıb.   

Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sərhədlərin qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanmış, bu məqsədyönlü siyasətin nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyi şəxsi heyətin diqqətinə çatdırılıb.

Müstəqil dövlətimizin təhlükəsizliyi və rifahı naminə sədaqətlə xidmət etməyin hər bir sərhədçi üçün müqəddəs vəzifə olduğu, dövlətinə, xalqına və Ali Baş Komandanına sədaqətlə bağlı olan sərhədçilərin bu şərəfli missiyanı böyük məsuliyyət və qürur hissi ilə yerinə yetirdiyi xüsusi olaraq qeyd edilib. 

Tədbirlərin sonunda Müstəqillik Gününə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.

FOTOLAR

DSX-də 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirildi — 1
DSX-də 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirildi — 2
DSX-də 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirildi — 3
DSX-də 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirildi — 4
DSX-də 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirildi — 5
DSX-də 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirildi — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər