Dövlət Xidməti Lerikdə gənclər üçün tədbir keçirdi

Dövlət Xidməti Lerikdə gənclər üçün tədbir keçirdi
23.05.2025 12:38 Cəmiyyət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Lerikdə tədbir keçirilib. Lerik rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüş Heydər Əliyev Mərkəzində baş tutub. Görüşdə açılış nitqi ilə çıxış edən Lerik rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Bu barədə TodayPress TV-yə SHXÇDX-dan məlumat verilib.

Tədbirdə çıxış edən SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və “İnsan Hüquqları Aylığı” ilə əlaqədar geniş məlumat təqdim edib. 

Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib.

Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət barədə də geniş məlumat çatdırıb.   

Daha sonra SHXÇDX-nın Lerik rayon şöbəsinin rəisi polkovnik Fərman Məmmədov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.   

Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratları ilə bölüşüblər.   

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.

FOTOLAR

Dövlət Xidməti Lerikdə gənclər üçün tədbir keçirdi — 1
Dövlət Xidməti Lerikdə gənclər üçün tədbir keçirdi — 2
Dövlət Xidməti Lerikdə gənclər üçün tədbir keçirdi — 3
Dövlət Xidməti Lerikdə gənclər üçün tədbir keçirdi — 4
Dövlət Xidməti Lerikdə gənclər üçün tədbir keçirdi — 5
Dövlət Xidməti Lerikdə gənclər üçün tədbir keçirdi — 6
Dövlət Xidməti Lerikdə gənclər üçün tədbir keçirdi — 7
Dövlət Xidməti Lerikdə gənclər üçün tədbir keçirdi — 8
Dövlət Xidməti Lerikdə gənclər üçün tədbir keçirdi — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər