Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirdi

Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirdi
14.07.2025 15:34 Cəmiyyət

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ADA Universitetində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına cəlb olunmuş dövlət qurumlarının nümayəndələri üçün “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar-tədbir keçirib. Qarşılıqlı fikir mübadiləsinin aparıldığı seminarın məqsədi azad edilmiş ərazilərə qayıdış prosesində vətəndaş iştirakçılığının təşkili və gücləndirilməsi ilə bağlı praktiki bilik və təcrübələrin paylaşılması olub.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən Böyük Qayıdışın ölkəmizin tarixində misilsiz hadisə olduğu, doğma yurda geri dönən həmvətənlərimizin təhlükəsiz yaşayışı və iqtisadi fəaliyyətə inteqrasiya üçün zəruri iş aparıldığı bildirilib.

Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına töhfə vermək məqsədilə keçmiş məcburi köçkünlərin yeni mühitə inteqrasiyasını asanlaşdırmaq, texniki və peşə bacarıqlarını inkişaf etdirmək, gəlir gətirən fəaliyyətlərə cəlb olunmalarını dəstəkləmək və vətəndaş iştirakçılığını artırmaq istiqamətində ardıcıl və planlı tədbirlər həyata keçirildiyini qeyd edib.

Vurğulanıb ki, bu fəaliyyətlər çərçivəsində məşğulluq imkanlarının genişləndirilməsi, gender bərabərliyinin təmin edilməsi və dayanıqlı inkişaf məqsədlərinin sosial-iqtisadi aspektlərinin gücləndirilməsi Dövlət Komitəsinin əsas prioritetləri sırasındadır.

İnteraktiv formada keçirilən seminarda iştirakçılar vətəndaş iştirakçılığı ilə bağlı beynəlxalq və yerli təcrübələri müzakirə edib. Eyni zamanda, Böyük Qayıdış çərçivəsində həyata keçirilən fəaliyyətlərin səmərəliliyinin artırılması məqsədilə dövlət qurumları arasında koordinasiyanın əhəmiyyəti vurğulanıb.

Seminar iştirakçıları belə tədbirlərin bilik və bacarıqların artırılması baxımından əhəmiyyətli olduğunu qeyd edərək, gələcəkdə də bu kimi maarifləndirici təşəbbüslərin davam etdirilməsinin vacibliyini ifadə ediblər.

Seminarda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Peşə Təhsili Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvləri iştirak ediblər.

https://www.youtube.com/watch?v=FeIhHm8iwGk&t=1s

FOTOLAR

Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirdi — 1
Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirdi — 2
Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirdi — 3
Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirdi — 4
Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirdi — 5
Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirdi — 6
Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirdi — 7
Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirdi — 8
Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirdi — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər