“Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı dəyirmi masa keçirildi

“Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı dəyirmi masa keçirildi
02.09.2025 16:10 Cəmiyyət

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı layihə çərçivəsində dəyirmi masa keçirib.

Bu barədə TodayPress TV-yə “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Təşkilatın sədri Aynurə Miriyeva iştirakçıları salamlayıb,layihə və onun hədəfləri barədə geniş məlumat verib.O bildirib ki,layihə fəaliyəti Bakıda bu gün baş tutan müzakirələrlə başlayıb Azərbaycanın 5 kənd məktəbində davam edəcək.Ekoloji problemlərin həlli isitiqamətdə və Bakıda keçirilən  COP-29 tədbirlərinin davamı olaraq gənclərin üzərinə düşən vəzifələr barədə otra məktəblərdə seminarlar keçiriləcək.

Daha sonra Kamran Hüseynli qlobal iqlim dəyişikliyi və onun dünya və ölkəmiz üçün fəsadları,iqlim dəyişiklikləri ilə mübarizə,COP-29 sonrakı dönəmdə Azərbaycanın iqlim dəyişiklikləri istiqamətində atacağı addımlar barədə təqdimat edib.

O həmçinin bildirdi ki,layihənin əsas məqsədi məktəblərdə iqlim dəyişiklikləri barədə maarifləndirmə səviyyəsini artırmaq, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın COP29 irsinin əhəmiyyətini vurğulamaqdır. Layihə çərçivəsində iqlim dəyişikliyinin səbəbləri, təsirləri, və həll yolları haqqında məlumat veriləcək. Seminarlarda gənclərin aktiv iştirakı və interaktiv müzakirələr vasitəsi ilə onların ətraf mühitin qorunmasına olan marağını təşviq etmək,COP29 sonrası dönəmə yeniyetmə və gənclərin töhfə verməsini stimullaşdırmaq layihənin əsas məqsədləri arasındadır.

Təqdimat bitdikdən sonra Dayanıqlı inkişaf üzrə ekspert,CBC TV-nin Dayanıqlıq və İnkişaf verilişinin müəllifi Liya Bayramova,Ümidli Gələcək Sosia Təşəbbüslər İctimai Birliyinin rəhbəri,uşaq hüquqları üzrə ekspert Kəmalə Aşumova,Bakı QHT Təlim və Resurs Mərkəzinin rəhbəri Rauf Zeyni,Vətəndaş Maarifləndirilməsi İctimai Birliyinin sədri Elşad Məmmədli, « Araz »Humaitar Tədqiqatlar İctimai Birliyinin sədri Lütfəli Zeynallı,Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli,QHT təmsilçiləri Esmira Xələfova,Fərhad Qəşəmli və Kamran Hüseynli ekoloji problemlər və həlli istiqamətində təkliflərlə çıxış etmişlər.

Layihə fəaliyyətləri İmişli şəhər 1 saylı,Biləsuvar rayonu Səmədabad kənd,İmişli rayonu Hacalmuradlı kənd ,Füzuli rayonu Zobucuq-2 və Cəbrayıl rayonu 5 saylı qəsəbə orta məktəblərində davam edəcək.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Bütün Xəbərlər