Boşanmaya aparan yol: Erkən nikahlar artmaqda davam edir

Boşanmaya aparan yol: Erkən nikahlar artmaqda davam edir
19.09.2025 16:48 Cəmiyyət

Azərbaycanda erkən nikah mövzusu hələ də cəmiyyətin gündəmində qalmaqda davam edir.

Son onilliklərdə bu sahədə müəyyən dalğavari dəyişikliklər müşahidə olunsa da, problem tam aradan qalxmayıb.

“Bu nikahlar bəzən ailələrarası ittifaqlar zəminində baş tutur”

Sosioloq Hüseyn İbrahimov mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, erkən nikah halları daha çox ucqar rayonlarda və çoxuşaqlı ailələrdə müşahidə olunur:

"Əksər hallarda erkən nikaha daxil olan qızların öz istəkləri yox, valideynlərin istəkləri daha çox rol oynayır. Bu nikahlar bəzən ailələrarası ittifaqlar zəminində baş tutur. Amma nəticə müxtəlif ziddiyyətlər, küsülülüklər, hətta boşanmalarla da yekunlaşa bilir".

“Ailə həyatına atılması onların gələcəyinə ciddi mənfi təsir edir”

Ekspertin sözlərinə görə, erkən nikahlar əksər hallarda sosial-iqtisadi çətinliklər yaradır. Məsələn, işsiz və ya miqrant həyat tərzi keçirən kişilərlə qurulan bu nikahlar çox zaman qızların psixoloji sarsıntı yaşamasına səbəb olur:

"Statistikalar göstərir ki, belə ailələrdə boşanma halları kifayət qədər yüksəkdir. Çünki hələ sosial peşə yönümünü müəyyənləşdirməmiş yeniyetmələrin ailə həyatına atılması onların gələcəyinə ciddi mənfi təsir edir".

Sosioloq əlavə edib ki, bu gün gənc qızların böyük əksəriyyəti erkən nikaha can atmır və bu proses daha çox valideynlərin təbliğatı nəticəsində baş verir.

"Valideynlər bilməlidirlər ki, erkən nikah həm qanunvericiliyin pozulmasıdır, həm də övladlarının həyatına ağır yük yükləməkdir. Ailə institutu indi qarşılıqlı əməkdaşlıq üzərində qurulur və buna görə də həddi-buluğa çatmamış şəxslərin məsuliyyətli ailə həyatına sürüklənməsi qəti yolverilməzdir", - deyə Hüseyn İbrahimov fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycanda nikah yaşı qadınlar və kişilər üçün 18 yaş müəyyən edilib. Lakin üzürlü səbəblər olarsa, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə nikah yaşı bir ildən çox olmayaraq azaldıla bilər.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Boşanmaya aparan yol: Erkən nikahlar artmaqda davam edir — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 Bütün Xəbərlər