BMT-nin Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyası ilə bağlı iclas keçirildi

BMT-nin Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyası ilə bağlı  iclas keçirildi
29.05.2025 17:38 Cəmiyyət

BMT-nin Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyası çərçivəsində, Azərbaycan Respublikası Hökumətinin BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiyası”na dair təqdim etdiyi beşinci və altıncı birgə dövri məruzəsi üzrə qəbul olunmuş Yekun Müşahidələrdə Konvensiyanın ölkəmiz tərəfindən implementasiyası istiqamətində atılmalı olan növbəti addımlara dair verilmiş tövsiyələrin 2024-cü il ərzində icra vəziyyətinin təhlili məqsədilə İşçi qrupun cari il üçün ilk iclası keçirilib.

Bu barədə TodayPress TV-yə Komitədən məlumat verilib.

29 may 2025-ci il tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığlı ilə baş tutan dəyirmi masada aidiyyəti dövlət qurumlarını təmsil edən nümayəndələr tövsiyələr üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Komitənin tövsiyələrinin ölkəmiz tərəfindən icrasına dair həyata keçirilən tədbirləri, əldə olunan nəticələri və qarşıdakı hədəfləri diqqətə çatdırıb.

O bildirib ki, ölkənin gələcəyinin uğurlu olması üçün uşaqların sağlam böyüməsi, keyfiyyətli təhsil alması və dəyərlərə sadiq, vətənpərvər və milli ruhda tərbiyə olunması vacibdir.

Əgər biz gələcəyimizi güclü görmək istəyiriksə, bu gün uşaqlarımıza maksimum diqqət göstərməliyik. Bu istiqamətdə isə İşçi qrupun önəmli rolunu nəzərə alaraq, daha real və funksional koordinasiyaya ehtiyac var. 

Çıxışında son iki ildə əldə olunan nailiyyətlərə toxunan sədr müavini bildirib ki, hüquqi bazanın təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılıb: “Komitə tərəfindən hazırlanmış 10-a yaxın sənəd qəbul olunub.

Təhsil və səhiyyə sahəsində inklüzivliyin gücləndirilməsi, erkən və qohumlararası nikahların qarşısının alınması, həssas qrupdan olan uşaqların sosial təminatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.” - deyə o əlavə edib.  Uşaq hüquqları sahəsində qarşıda duran ən vacib məsələlərdən birinin təhlükəli informasiyalardan qorunma olduğunu vurğulayan sədr müavini bildirib ki, bu istiqamətdə təxirəsalınmaz və vacib addımlar atılmalıdır. 

Sonda Aynur Sofiyeva bildirib ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün əməkdaşlıq və koordinasiyalı fəaliyyət əsas şərtdir. Bu sahədə fəaliyyət göstərən qurumlar və tərəfdaşlarla güclərimizi birləşdirmək daha effektiv və davamlı nəticələr əldə etməyə imkan yarada bilər. Hüquqları yalnız qanunlarda deyil, həm də ictimai şüurda formalaşdırmaq lazımdır.

Daha sonra Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva tərəfindən tövsiyələrin icrası istiqamətində Dövlət Komitəsi, eləcə də, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib, habelə qarşıda duran mühüm məqamlar şərh edilib.

Çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva bildirib ki, BMT-nin "Uşaq Hüquqları Konvensiyası"na dair 2027-ci ildə təqdim olunacaq növbəti hesabatın hazırlanmasında illik fəaliyyətlər, eləcə də əvvəlki dövrlərlə müqayisə edilə bilən uzunmüddətli göstəricilər diqqətlə nəzərə alınmalıdır. Məlumatlar dəqiq və konkret faktlara əsaslanmalı, real vəziyyəti əks etdirməlidir.

O qeyd edib ki, artıq ənənəvi tədbir formatından nəticəyönümlü layihə formatına keçid vacibdir.  Sonra Dövlət Komitəsinin təşəbbüsü ilə “Uşaqlara uyğun büdcə qiymətləndirmələri və təkmilləşdirilmiş büdcə effektivliyi daxil olmaqla Dövlət uşaq büdcəsinin formalaşdırılması” mövzusunda aparılmış təhlilin təqdimatı keçirilib.

Maliyyə Nazirliyinin Ortamüddətli Xərclərin Çərçivəsinin Hazırlanması Mərkəzi Maliyyə statistikası və büdcə təsnifatı sektorunun müdiri Elnarə Kazımova və Əhalinin sosial müdafiəsi və sosial təminat sahələrinin maliyyəsi sektorunun baş məsləhətçisi Zaur İsmiyev uşaqların rifahının artırılmasına, təhsil, səhiyyə və sosial xidmətlərin təkmilləşdirilməsinə yönəlmiş strategiya və qərar qəbulu üçün əsas rol oynayan büdcə resurslarının bölgüsü, prioritet sahələr, sosial müdafiə proqramları və investisiya istiqamətləri barədə ətraflı məlumat veriblər. 

Tədbir müzakirələrlə davam edib.

XƏBƏR LENTİ
16 IYUN 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Bütün Xəbərlər