BMT-də Azərbaycanın mənzil siyasəti təqdim edildi

BMT-də Azərbaycanın mənzil siyasəti təqdim edildi
24.07.2025 10:32 Cəmiyyət

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) ABŞ-nin Nyu-York şəhərində təşkil etdiyi Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində “Hər kəs üçün layiqli mənzil” mövzusunda Yüksəksəviyyəli Dialoqun bağlanış sessiyasında çıxış edib.

TodayPress TV bu barədə komitəyə istinadən xəbər verir.

Məlumata görə, sədr Azərbaycanın əlverişli mənzil və urbanizasiya sahəsində həyata keçirdiyi strategiyadan, davamlı və inklüziv şəhər inkişafı istiqamətində atılan addımlardan və bu sahədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) verdiyi töhfədən bəhs edib. O, bldirib ki, ölkəmizdə həyata keçirilən irimiqyaslı şəhərsalma və mənzil layihələri həm keyfiyyətli yaşayış imkanlarının genişləndirilməsinə, həm də sosial bərabərliyin təşviqinə xidmət edir. Mənzil təminatı məsələsi uzun illərdir ki, Azərbaycanın milli inkişaf strategiyasında əsas prioritetlərdən biri kimi müəyyən olunub. Bu istiqamətdə ölkədə vətəndaşların keyfiyyətli və əlverişli mənzilə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş genişmiqyaslı tikinti və yenidənqurma proqramları həyata keçirilir. Reallaşdırılan tədbirlər çərçivəsində tikinti sektorunda enerji səmərəliliyi və ekoloji standartların tətbiqi, sosial inteqrasiyanı təşviq edən kompleks planlaşdırılmış və inklüziv yaşayış məhəllələrinin formalaşdırılması əsas hədəf olaraq müəyyən edilib. Bu yanaşma əlverişli şəhər mühitinin yaradılmasına, infrastrukturdan bərabər istifadə imkanlarının təmin edilməsinə və ümumilikdə sosial həmrəyliyin gücləndirilməsinə xidmət edir.

A.Quliyev çıxışında mənzil məsələsinin təkcə sığınacaq deyil, insan ləyaqətinin, təhlükəsizliyin və icma birliyinin əsası olduğunu vurğulayıb. O qeyd edib ki, 2016-cı ildə yaradılmış Dövlət Mənzil İnşaatı Agentliyi vasitəsilə orta və aşağı gəlirli ailələr üçün müasir, enerji səmərəli və subsidiya əsasında mənzil layihələri reallaşdırılır.

Komitə sədri həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və şəhərsalma işləri barədə ətraflı məlumat verərək, burada həyata keçirilən layihələrin “yaşıl”, “ağıllı” və sağlam həyat tərzini təşviq edən yanaşma əsasında qurulduğunu qeyd edib. Bu ərazilərdə həyata keçirilən mənzil və infrastruktur layihələri yalnız qayıdış prosesini sürətləndirmir, eyni zamanda regional sabitliyə və sosial-iqtisadi dirçəlişə mühüm töhfə verir.

A.Quliyev qeyd edib ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” şüarı altında 2026-cı ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası şəhərsalma və mənzil siyasəti ilə bağlı məsələlərin dərindən müzakirəsi üçün əsas qlobal platformalardan birinə çevriləcək. Forum çərçivəsində adekvat, əlverişli və iqlimə davamlı mənzilə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş qabaqcıl strategiyanın, innovativ maliyyələşdirmə mexanizmlərinin, inklüziv planlaşdırma yanaşmalarının və davamlı tikinti təcrübələrinin mübadiləsi üçün geniş imkanlar yaradılacaq.

Komitə sədri tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrini Bakıda keçiriləcək tədbirdə fəal iştirak etməyə dəvət edib. O, Forumun konkret təkliflərin və praktiki həllərin irəli sürüləcəyi strateji dialoqa çevrilməsi üçün Azərbaycan tərəfinin fəal əməkdaşlığa və tədbirin yüksək səviyyədə təşkilinə tam hazır olduğunu vurğulayıb.

FOTOLAR

BMT-də Azərbaycanın mənzil siyasəti təqdim edildi — 1
BMT-də Azərbaycanın mənzil siyasəti təqdim edildi — 2
BMT-də Azərbaycanın mənzil siyasəti təqdim edildi — 3
BMT-də Azərbaycanın mənzil siyasəti təqdim edildi — 4
XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bütün Xəbərlər