BMMT-nin 58-ci sessiyası öz işinə başladı

BMMT-nin 58-ci sessiyası öz işinə başladı
08.07.2025 12:39 Cəmiyyət

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyası öz işinə başlayıb.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Bildirilib ki, BMMT-yə üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi sessiya iki gün davam edəcək.

İyulun 8-də BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının rəsmi açılış mərasimi olub.

BMMT-nin himninin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov açılış nitqi ilə çıxış edib. Sessiya iştirakçılarını salamlayan nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən ölkəmizin son illər bir çox beynəlxalq səviyyəli nüfuzlu tədbirlərə ev sahibliyi etdiyini, BMMT-nin İcraiyyə Şurasının sessiyasının belə mötəbər tədbirlərdən olduğunu qeyd edib.

Nazir ölkəmizin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini bildirirək, Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəlakətlərlə mübarizədə qlobal və əlaqələndirilmiş fəaliyyətin təşkili baxımından əhəmiyyətini vurğulayıb.

Ölkəmizdə son illər fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə ümumi məlumat verən nazir Kəmaləddin Heydərov sessiyanın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən Təşkilatın İcraiyyə Şurasının prezidenti, Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Aleksandr Kurenkov və BMMT-nin Baş katibinin səlahiyyətlərini icra edən Roman Lapin sessiyanın əhəmiyyətindən və qarşısında duran məsələlərdən danışıblar.

Daha sonra İcraiyyə Şurasının 57-ci sessiyasının qərarlarının icrasına baxış və Baş katibin səlahiyyətlərini icra edən Roman Lapinin sessiyalararası dövrdə BMMT-nin fəaliyyəti haqqında hesabatı dinlənilib.

Qeyd edək ki, iyulun 9-na kimi davam edəcək BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasında ümumilikdə təşkilatın maliyyə və inzibati hesabatlarının, İnkişaf Strategiyasının təqdimatı əsasında ortamüddətli inkişaf prioritetləri, məqsədləri və fəaliyyət sahələrinin, beynəlxalq əməkdaşlığı gücləndirmək üçün tədbirlər planının müzakirəsinin aparılması, müvafiq qərarların qəbul olunması, o cümlədən 2027-ci il Ümumdünya Mülki Müdafiə Gününün mövzusunun müəyyənləşdirilməsi nəzərdə tutulur.

FOTOLAR

BMMT-nin 58-ci sessiyası öz işinə başladı — 1
BMMT-nin 58-ci sessiyası öz işinə başladı — 2
BMMT-nin 58-ci sessiyası öz işinə başladı — 3
BMMT-nin 58-ci sessiyası öz işinə başladı — 4
BMMT-nin 58-ci sessiyası öz işinə başladı — 5
BMMT-nin 58-ci sessiyası öz işinə başladı — 6
BMMT-nin 58-ci sessiyası öz işinə başladı — 7
BMMT-nin 58-ci sessiyası öz işinə başladı — 8
BMMT-nin 58-ci sessiyası öz işinə başladı — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər