Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verildi - FOTO

Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verildi - FOTO
23.12.2025 12:20 Cəmiyyət

Dekabrın 23-də Binəqədi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, tədbirdə Baş prokuror Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər.

Məlumat verilib ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.

Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib. Yeni binada “Elektron Prokurorluq” informasiya sistemi də tam şəkildə tətbiq olunub. Bu sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, işin çevikliyi və şəffaflığı artırılır.

İnzibati bina ilə tanışlıqdan sonra yeni binanın akt zalında iclas keçirilib.

Baş prokuror Kamran Əliyev yeni inzibati binanın açılışı münasibətilə Prezident İlham Əliyevə prokurorluq əməkdaşları adından təşəkkürünü bildirib. Qeyd olunub ki, maddi-texniki bazanın gücləndirilməsi, o cümlədən əməkdaşlar üçün yaradılan hərtərəfli iş şəraiti peşəkarlığın, iş potensialı və səmərəliliyin artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacaq.

Baş prokuror yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edib. Kamran Əliyev prokurorluq əməkdaşlarını daim öz üzərində çalışmağa, bilik və bacarıqlarını təkmilləşdirməyə, eləcə də fəaliyyətlərini dövlətçiliyə sədaqət, dürüstlük və obyektivlik prinsipləri əsasında qurmağa çağırıb.

Tədbirdə, həmçinin, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və Binəqədi rayon prokuroru Fuad Məmmədov çıxış edib.

Bundan başqa, tədbir iştirakçıları yeni inzibati binanın yanında yerləşən parkda ağaclar əkiblər.

TodayPress TV

FOTOLAR

Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verildi - FOTO — 1
Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verildi - FOTO — 2
Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verildi - FOTO — 3
Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verildi - FOTO — 4
Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verildi - FOTO — 5
Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verildi - FOTO — 6
Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verildi - FOTO — 7
Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verildi - FOTO — 8
XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər