Bəhreyndə keçirilən festivalda Qarabağ atları nümayiş etdirildi

Bəhreyndə keçirilən festivalda Qarabağ atları nümayiş etdirildi
15.12.2025 13:22 Cəmiyyət

Azərbaycan nümayəndələri Bəhreyn Krallığında keçirilən "Mara"ee 2025" festivalında Qarabağ atları ilə çıxış ediblər.

Bu barədə TodayPress TV-yə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, festival ölkənin tarixi ənənələrini, təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən geniş proqramı ilə seçilərək mədəniyyətlərarası dialoq üçün mühüm platforma rolunu oynayıb.

Tədbirdə Azərbaycan nümayəndə heyəti xüsusi proqramla çıxış edib. Təqdim olunan səhnə kompozisiyaları yüksək peşəkarlıq, dəqiqlik və estetik yanaşma ilə seçilərək tamaşaçıların böyük marağına səbəb olub. Çıxışlar vahid bədii konsepsiya əsasında qurulub, milli ruhu və səhnə mədəniyyətini dinamik formada əks etdirib.

Azərbaycan tərəfi festival çərçivəsində 8–13 dekabr tarixləri arasında hər gün iki dəfə səhnəyə çıxaraq proqramın ən intensiv və davamlı təqdimatlarından birini həyata keçirib. Bu çıxışlar Azərbaycanın zəngin mədəni irsini, intizamlı hazırlıq səviyyəsini və beynəlxalq səhnədə layiqli təmsilçilik qabiliyyətini bir daha nümayiş etdirib.

Festival çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan səhnə proqramında Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər heyəti, orkestr və rəqs kollektivləri iştirak edib. Bu kollektivlərin birgə və ahəngdar çıxışları tədbirin ümumi konsepsiyasına xüsusi dinamika qatıb, Azərbaycan mədəniyyətinin intizam, ənənə və peşəkarlıq üzərində qurulan təqdimatını beynəlxalq auditoriyaya nümayiş etdirib.

Sonda Azərbaycan komandası iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

TodayPress TV

FOTOLAR

Bəhreyndə keçirilən festivalda Qarabağ atları nümayiş etdirildi — 1
Bəhreyndə keçirilən festivalda Qarabağ atları nümayiş etdirildi — 2
Bəhreyndə keçirilən festivalda Qarabağ atları nümayiş etdirildi — 3
Bəhreyndə keçirilən festivalda Qarabağ atları nümayiş etdirildi — 4
Bəhreyndə keçirilən festivalda Qarabağ atları nümayiş etdirildi — 5
Bəhreyndə keçirilən festivalda Qarabağ atları nümayiş etdirildi — 6
Bəhreyndə keçirilən festivalda Qarabağ atları nümayiş etdirildi — 7
Bəhreyndə keçirilən festivalda Qarabağ atları nümayiş etdirildi — 8
Bəhreyndə keçirilən festivalda Qarabağ atları nümayiş etdirildi — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 Bütün Xəbərlər