Bazar günü parklanma pulsuzdur, bəs niyə sürücülərdən pul yığılır?

Bazar günü parklanma pulsuzdur, bəs niyə sürücülərdən pul yığılır?
20.05.2026 17:20 Cəmiyyət

Bakıda və digər şəhərlərdə parklanma ilə bağlı sürücülərin ən çox qarşılaşdığı problemlərdən biri həftə sonları və ya rəsmi olaraq ödənişsiz saatlarda bəzi şəxslərin yenə də sürücülərdən pul tələb etməsidir. Halbuki bir çox ərazilərdə şənbə-bazar günləri və müəyyən saat aralıqlarında parklanma ödənişsiz olur. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, Buna baxmayaraq bəzi hallarda özünü “nəzarətçi” kimi təqdim edən şəxslər sürücülərdən qanunsuz şəkildə ödəniş almağa çalışırlar.


Onun sözlərinə görə, belə vəziyyətdə sürücü ilk növbədə bilməlidir ki, rəsmi ödəniş yalnız elektron sistem üzərindən həyata keçirilir və heç bir şəxsin əlbəəl pul tələb etmək hüququ yoxdur:

"Əgər həmin vaxt parklanma ödənişsizdirsə, ümumiyyətlə heç kim sürücüdən hər hansı məbləğ tələb edə bilməz. Sürücü belə hallarda sakit və təmkinli davranmalıdır. Əgər şəxs pul tələb edirsə, ilk olaraq həmin ərazidəki parklanma qaydalarına diqqət yetirmək lazımdır. Çünki parklanma zonalarında adətən iş rejimi və ödəniş saatları göstərilir. Əgər həqiqətən həftə sonu və ya pulsuz vaxtdırsa, sürücü heç bir ödəniş etmədən avtomobilini saxlaya bilər. Bu zaman əlavə mübahisəyə girmək və ya aqressiv davranmaq düzgün deyil. Sadəcə rəsmi qaydanı bildiyini və ödənişin tətbiq olunmadığını bildirmək kifayətdir". 

Ekspertin vurğulayıb ki, ən vacib məqamlardan biri də budur ki, sürücülər qanunsuz ödəniş tələb edən şəxslərə könüllü şəkildə pul verməklə bu sistemin davam etməsinə şərait yaradırlar:

"Bir çox hallarda insanlar problem yaşamamaq və ya avtomobilinə zərər gəlməsindən ehtiyat etdikləri üçün məcbur qalıb pul ödəyirlər. Amma bu yanaşma həmin şəxslərin fəaliyyətini daha da artırır. Əgər sürücülər hüquqlarını bilsələr və yalnız rəsmi sistemə uyğun hərəkət etsələr, belə halların qarşısını almaq daha asan olar. Əgər sürücü təzyiq, hədə-qorxu və ya israrlı pul tələbi ilə qarşılaşarsa, həmin şəxsin görüntüsünü və ya hadisəni qeydə almaq, daha sonra aidiyyəti qurumlara məlumat vermək düzgün addım olar. Çünki şəhər daxilində parklanma sistemi artıq rəqəmsal qaydada idarə olunur və küçədə dayanıb sürücüdən nağd pul tələb etmək əksər hallarda qanunsuz hesab edilir".

Adil Nəbiyev qeyd edib ki, bu məsələdə həm sürücülərin məlumatlı olması, həm də nəzarətin gücləndirilməsi çox vacibdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Bütün Xəbərlər