Bayram günlərində avtovağzallardan daşınan sərnişinlərin sayı açıqlandıə

Bayram günlərində avtovağzallardan daşınan sərnişinlərin sayı açıqlandıə
10.06.2025 13:10 Cəmiyyət

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram və istirahət günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.

Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.

Gücləndirilmiş iş rejimi ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1034 reys həyata keçirilib, 31636 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. 

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 250-ə yaxın reys həyata keçirilib.

Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 1253 reyslə 22446 sərnişin daşınıb.  Biletlər avtovağzalların kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.

Sərnişinlərin 40%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.  Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 Bütün Xəbərlər