Baş Prokurorluq Xaçmazda regional konfrans keçirdi

Baş Prokurorluq Xaçmazda regional konfrans keçirdi
17.10.2025 15:10 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar olaraq, prokurorluq orqanları tərəfindən silsilə tədbirlər həyata keçirilir.

TodayPress TV xəbər verir ki, bu tədbirlərin davamı olaraq, oktyabrın 17-də Xaçmaz şəhərində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə “Konstitusiya və Dövlət Suverenliyi: Hüquqi Aspektlər və Çağırışlar” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra iştirakçılar Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşə ilə tanış olublar.

Konfrans başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev açılış nitqi ilə çıxışında konstitusiya prinsiplərinin müdafiəsində prokurorluğun funksional rolunu açıqlayıb. O bildirib ki, hüquqi dövlətin möhkəmləndirilməsi üçün qanunun aliliyinin təmin olunması və dövlət ittihamçılarının obyektiv mövqedə dayanması əsas prioritetlərdəndir.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında rayonda hüquqi maarifləndirmə işlərinin davamlı xarakter aldığını vurğulayıb. O, gənclərin hüquqi şüurunun artırılması və konstitusiya dəyərlərinin aşılanmasının vacibliyini qeyd edib.

Xaçmaz rayon prokuroru Rəşad Məmmədov isə çıxışında prokurorluq orqanlarının dövlət suverenliyinin qorunmasında üzərinə düşən vəzifələrdən danışıb. O bildirib ki, müasir dövrdə hüquqi çağırışlara çevik və adekvat reaksiya vermək üçün prokurorluq orqanlarının peşəkar resursları və institusional imkanları durmadan inkişaf etdirilməlidir.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov öz çıxışında Azərbaycan Ordusunun dövlət suverenliyinin qorunmasında oynadığı rol, informasiya təhlükəsizliyi sahəsində görülən tədbirlər və dezinformasiyalara qarşı mübarizə mexanizmləri barədə ətraflı məlumat verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri və ictimaiyyətlə effektiv ünsiyyətin vacibliyi barədə danışıb. Kənan Zeynalov hüquqi informasiyanın cəmiyyətə düzgün və vaxtında çatdırılmasının dövlətə olan inamın möhkəmləndirilməsində önəmli rol oynadığını qeyd edib.

“Dövlət suverenliyinin və konstitusiya dəyərlərinin qorunmasında medianın rolu” mövzusunda çıxış edən ARB Günəş və ARB Şimal televiziyalarının direktoru Məhsim Məhsimov medianın hüquqi maarifləndirmə və ictimai nəzarət baxımından mühüm vasitə olduğunu qeyd edib. O, jurnalistlərin hüquqi biliklərinin artırılmasının və medianın dövlət orqanları ilə əməkdaşlığının vacibliyini vurğulayıb.

Konfransda I Qarabağ müharibəsi veteranı, Xaçmaz şəhər sakini Sabir Məmmədov da çıxış edərək, 1994-cü il aprelin 9-da Ulu Öndər Heydər Əliyevin Füzuli-Horadiz istiqamətindəki hərbi hissələrdə əsgərlərlə görüşü zamanı onunla şəxsən tanış olduğu unudulmaz xatirələrini bölüşüb. Sabir Məmmədov həmin tarixi görüşlərin Azərbaycan Ordusunun döyüş ruhunun möhkəmlənməsində və torpaqlarımızın müdafiəsi uğrunda mübarizə əzminin daha da yüksəlməsində müstəsna rol oynadığını xüsusi vurğulayıb.

Tədbir çərçivəsində dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında hüquqi əməkdaşlıq, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gənclər arasında hüquqi şüurun artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib.

Konfransın sonunda “Xalqın adamı” adlı sənədli film nümayiş olunub və tədbir iştirakçıları ilə xatirə fotoşəkili çəkilib.

TodayPress TV

FOTOLAR

Baş Prokurorluq Xaçmazda regional konfrans keçirdi — 1
Baş Prokurorluq Xaçmazda regional konfrans keçirdi — 2
Baş Prokurorluq Xaçmazda regional konfrans keçirdi — 3
Baş Prokurorluq Xaçmazda regional konfrans keçirdi — 4
Baş Prokurorluq Xaçmazda regional konfrans keçirdi — 5
Baş Prokurorluq Xaçmazda regional konfrans keçirdi — 6
Baş Prokurorluq Xaçmazda regional konfrans keçirdi — 7
Baş Prokurorluq Xaçmazda regional konfrans keçirdi — 8
Baş Prokurorluq Xaçmazda regional konfrans keçirdi — 9
XƏBƏR LENTİ
15 IYUN 2026
Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 Bütün Xəbərlər