Banklar kiçik məbləğdə valyuta dəyişmir: "Vətəndaşın hüququ pozulur"

Banklar kiçik məbləğdə valyuta dəyişmir: "Vətəndaşın hüququ pozulur"
02.10.2025 15:49 Cəmiyyət

Azərbaycanda bəzi banklar valyuta mübadiləsi zamanı kiçik məbləğdə valyuta dəyişmir və ya xırda pul verməkdən imtina edirlər.

Sözügedən məsələ vətəndaşlar arasında son günlər müzakirə mövzusu olub.

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli TodayPress TV-yə açıqlamasında bildirib ki, ölkədə valyuta mübadiləsi əməliyyatları "Valyuta tənzimi haqqında" Qanun və Azərbaycan Mərkəzi Bankının normativ aktları ilə tənzimlənir.

Onun sözlərinə görə, mübadilə yalnız banklar, onların filialları və xüsusi lisenziyası olan qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilə bilər.

"Bankların müştəriyə xırda pul verməkdə çətinlik çəkməsi valyuta çatışmazlığı ilə bağlı ola bilər. Lakin bu, onların öhdəlikdən imtina etməsi üçün hüquqi əsas yaratmır. Qanunvericilikdə müştərinin valyuta dəyişməsi üçün minimal və ya maksimal məbləğ tələbi yoxdur. Yəni istənilən məbləğin dəyişdirilməsi müştərinin hüququdur. Buna baxmayaraq, bəzi banklar "xırda valyutanın olmaması" və ya "texniki səbəblər" adı altında xidmətdən yayınır. Bu isə normativ əsas daşımır, yalnız bankların daxili əməliyyat siyasəti ilə bağlıdır".

İqtisadçı qeyd edib ki, vətəndaşlar belə hallarda, bankdan xidmət göstərilməsini və qəbz verilməsini tələb edə bilərlər. Əsassız imtina olduqda isə şikayət hüququna malikdirlər:

"Şikayətlər banka, Azərbaycan Respublikası Mərkəzi Bankına,  Maliyyə Ombudsmanına, məhkəməyə ünvanlana bilər. Bankların kiçik məbləğdə valyuta dəyişməkdən və ya xırda pul verməkdən imtina etməsi qanunla təsbit olunmuş hal deyil və müştərilər bu səbəbdən şikayət etmək hüququna malikdirlər", - deyə Akif Nəsirli fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

 

FOTOLAR

Banklar kiçik məbləğdə valyuta dəyişmir: "Vətəndaşın hüququ pozulur" — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər