Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir

Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir
17.11.2025 11:25 Cəmiyyət

Bu ilin oktyabr ayından Azərbaycan Gənclər və İdman nazirliyi, İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Bakı Dövlət Universitetinin birgə tərəfdaşlığı ilə “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2025” layihəsinə start verilib.  

TodayPress TV layihə çərçivəsində bu günə qədər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov "44 Günlük Vətən Müharibəsinin nəticələri kontekstində Cənubi Qafqazın təhlükəsizlik sistemi", Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Sədri və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova "Beynəlxalq təşkilatların və tədbirlərin qlobal tanınmada və maraqların qorunmasında əhəmiyyəti", Azərbaycan İlahiyyat Universitetitinin rektoru Aqil Şirinov “İslam sivilizasiyası dünyaya nə verdi?”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli “Elm, texnoloji tərəqqi və dövlət suverenliyi“, İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov “Beynəlxalq münasibətlərdə pərdəarxası müəyyənedici amillər“, Azərbaycan Respublikasının ilk baş naziri, fövqəladə və səlahiyyətli səfir, t.e.d. Həsən Həsənov “Beynəlxalq münasibətlərdə şəxsi əlaqələr, kommunikasiyanın əhəmiyyəti və təcrübəyə əsaslanan addımlar”, eləcə də Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş “Qlobal məsələlərdə beynəlxalq təşkilatların rolu: Mərakeşin xarici siyasət prioritetləri və Azərbaycanla əlaqələr” Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Müsəlman dünyasınıda Türkiyənin rolu: çağırışlar və imkanlar”, Qırğızıstan səfiri Maksat Mamıtkanov  “Beynəxalq təşkilatların beynəlxalq münasibətlərdə rolu, Qırğızıstan Azərbaycan münasibətləri”, Fələstinin Azərbaycandakı səfiri Əhməd Metani “Fələstin məsələsində beynəlxalq həmrəyliyin rolu” mövzuları üzrə tələbələr qarşısında çıxış ediblər, onları maraqlandıran suallara cavab veriblər. 

Qeyd edək ki, 6 həftə ərzində davam edəcək "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2025" layihəsi çərçivəsində İƏT ölkələrini Azərbaycanda təmsil edən diplomatik missiya rəhbərləri, eləcə də azərbaycanlı rəsmilər və sahə üzrə ekspertlər beynəxalq münasibətlər, dövlət quruculuğu, islam sivilizasiyası, İƏT-in dünyada rolu, milli dövlətçiliyin əsasları və digər aktual mövzular üzrə məruzələrlə çıxış edəcəklər.

Bu ilin dekabr ayının əvvəli Bakı şəhərində azərbaycanlı tələbələrin iştirakı ilə İƏT xarici işlər nazirlərinin konfransının simulyasiyası planlaşdırılır.

Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə İƏT-ə üzv olan 40-dan artıq ölkə nümayəndəsinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı layiqli şəkildə təmsil ediblər.

TodayPress TV

FOTOLAR

Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir — 1
Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir — 2
Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir — 3
Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir — 4
Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir — 5
Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir — 6
Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir — 7
Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir — 8
Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir — 9
Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir — 10
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər