Azərbaycanda televiziyalar boşanmalara yol açır? – Mütəxəssis rəyi

Azərbaycanda televiziyalar boşanmalara yol açır? – Mütəxəssis rəyi
04.06.2025 17:48 Cəmiyyət

“Özəl televiziyalarda, şou proqramlarda, bəzi ictimai müzakirələrdə ailə məişət mövzuları incəliklərinə qədər müzakirə olunur. Bəzi verilişlərdə, ailə-məişət mövzusundan faciə, komediya düzəldilir, reytinq artırmaq üçün müəyyən epizodlar paylaşılır, zərərli dramaturji materiallar paylaşılır”.

Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ailə mövzusunun belə təqdim olunması narahatedici haldır. Amma müzakirə olunan məsələlər ailənin əsaslarına toxunan ciddi problemlər deyil:

“Azərbaycanda ailə institutuna yönəlmiş təhlükələrin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Boşanmaların səbəbi daha çox sosial, mənəvi və psixoloji amillərlə bağlıdır. Ailə dəyərləri qorunmalı, sevgi, hörmət və ehtiram kimi anlayışlar cəmiyyətə aşılanmalıdır. Televiziyalar isə bu mövzularda daha həssas və diqqətli davranmalıdır”.

Qeyd edək ki, deputat Ceyhun Məmmədov Milli Məclisin plenar iclasında bildirib ki, boşanmaların artmasında televiziya verilişlərinin də rolu var  və bu səbəbdən ailə dəyərlərinə zidd proqramların yayımı dayandırılmalıdır.

Türkan İsgəndərli

FOTOLAR

Azərbaycanda televiziyalar boşanmalara yol açır? – Mütəxəssis rəyi — 1
XƏBƏR LENTİ
02 AVQUST 2026
Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Bütün Xəbərlər