Azərbaycanda içməli su problemi: Ekoloq həyat mənbəyimizlə bağlı XƏBƏRDARLIQ ETDİ

Azərbaycanda içməli su problemi: Ekoloq həyat mənbəyimizlə bağlı XƏBƏRDARLIQ ETDİ
14.08.2025 14:40 Cəmiyyət

"Su həyat üçün əvəzolunmaz sərvət olsa da, həm təbii yolla, həm də insanların təsərrüfat fəaliyyəti nəticəsində su hövzələri daim çirklənməyə məruz qalır".

Ekoloq Cavid Hüseynov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, suların çirklənməsi dedikdə onların keyfiyyətinin pisləşməsinə, səthinə, dibinə və ətraf mühitə mənfi təsir göstərən, istifadəsini çətinləşdirən müxtəlif maddələrin və tullantıların daxil olması nəzərdə tutulur.

"Ətraf mühitə atılan bütün tullantılar sonda su hövzələrinə çatır və burada kimyəvi, fiziki və bioloji çirklənməyə səbəb olur. Su kimyəvi maddələri uzaq məsafələrə daşıyır. Temperatur artdıqca kimyəvi proseslər sürətlənir, suda oksigen miqdarı azalır. Bu da su orqanizmlərinə mənfi təsir göstərir. İstilik çirklənməsinin əsas mənbələri isə elektrik stansiyaları, poladəritmə müəssisələri və ağır maşınqayırma sənayeləridir".

Mütəxəssis suyun əsas çirklənmə mənbələri kimi kənd təsərrüfatı tullantıları, neft və sənaye tullantıları, kanalizasiya suları, məişət və radioaktiv tullantıları göstərib. O bildirib ki, bu hallar su ekosistemlərində qida zəncirinin pozulmasına, canlıların məhvinə və məhsuldarlığın azalmasına səbəb olur.

"Xüsusilə Kür və Araz çaylarında ekoloji vəziyyət narahatedicidir. Bu çayların suları əsasən Ermənistan və Gürcüstan ərazilərində formalaşır. 1980-ci illərin sonlarından etibarən həmin ölkələrdə təmizləyici qurğuların fəaliyyəti dayandırılıb. Nəticədə bu çaylar sanitar-təmizlik funksiyasını yerinə yetirərək çirkab suları birbaşa Azərbaycana daşıyır. Ermənistanda isə Oxçuçay sənaye tullantıları ilə son dərəcə çirklənib və burada artıq heç bir canlı yaşaya bilmir".

Ekspert bildirib ki, Azərbaycanın 8 359 çayının əksəriyyəti kiçik və azsuludur. Su ehtiyatlarının təxminən 70 faizi isə ölkə hüdudlarından kənarda – qonşu ölkələrin ərazisində formalaşır. Yerli çaylar əsasən kənd təsərrüfatı tullantıları ilə çirklənsə də, özünütəmizləmə qabiliyyəti nisbətən yüksəkdir. Lakin bəzi çaylar, məsələn, Qoşqarçay sənaye və məişət tullantıları səbəbindən çirklənmiş su sinfinə daxildir.

Cavid Hüseynov əlavə edib ki, mövcud qanunvericiliyə əsasən, bütün su obyektləri çirklənmədən, zibillənmədən və tükənmədən qorunmalıdır:

“Xəzər dənizində, Abşeron yarımadasında və digər regionlarda su hövzələrinin təmizlənməsi, kanalizasiya şəbəkələrinin yenilənməsi, çirklənmiş torpaqların bərpası, meşə və yaşıllıq zolaqlarının salınması və ümumi abadlıq işlərinin aparılması zəruri tədbirlər sırasındadır", – deyə o fikrini tamamlayıb.

Türkan İsgəndərli

FOTOLAR

Azərbaycanda içməli su problemi: Ekoloq həyat mənbəyimizlə bağlı XƏBƏRDARLIQ ETDİ — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Bütün Xəbərlər