Azərbaycan qadınının ilham mənbəyi - Bahar Muradova yazır...

Azərbaycan qadınının ilham mənbəyi - Bahar Muradova yazır...
26.08.2025 12:25 Cəmiyyət

Sevgi və şəfqətin, inam və etibarın ünvanı,ənənəvi dəyərlər və müasirliyin vəhdətindən yoğrulan bütöv şəxsiyyət, dinamik fəaliyyət və davamlı uğurun zərif siması - Mehriban Əliyeva!

TodayPress TV xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yazıb.


İctimai və sosial fəaliyyətinin məqsədləri, qərarlarında  insan talelərini önə çəkməsi, qadınlara və gənclərə ötürdüyü mesajı ilə sübut edir  ki, qadın zərifliyi və lider qətiyyəti bir yerdə olanda, təsir dairəsi daha geniş, nəticələr daha dərin olur...

Birinci vitse-prezident kimi xidmətinin məzmununu -  təkcə sosial, təhsil, səhiyyə və mədəniyyət sahələrinə sistemli dəstək deyil, həm də Azərbaycan qadınının dövlət siyasətində real və təsirli iştirakının mümkünlüyünü yaşanmış nümunəyə çevirməsidir...

O, hər gün sübut etməkdədir ki, qadınlar milli dəyərlərə, ailə institutuna, cəmiyyətin inkişafına söykənəndə daha böyük hədəflərə çata və dövlət idarəçiliyində daha mühüm rol oynaya bilərlər.

Bu gün ailə, cəmiyyət və dövlət üçlüyündə öz həlledici yerini almaq istəyən hər bir Azərbaycan qadını onun timsalında özünü görür – zəhmətkeş və ağıllı, duyğulu və müdrik...

Yorulmaz fəaliyyəti təkcə ötən illərin konkret və danılmaz  nəticələri ilə deyil, həm də gələcək onilliklərin  aydın hədəfləri ilə ölçülür...

O, bizim hamımızı sadıcə təmsil etmir, dəyişdirir,   gücləndirir,  ruh verir, bütün qadınlar üçün həm ilham, həm də inam mənbəyi olur...

Fədakar ömrü  dəyərlər üzərində qurulmuş bir uğur hekayəsi olan Möhtəşəm Xanım,doğum gününüz mübarək!

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər