AZANS Lissabonda keçirilən “Airspace World 2025” sərgisindəki yekunlarını elan etdi

AZANS Lissabonda keçirilən “Airspace World 2025” sərgisindəki yekunlarını elan etdi
20.05.2025 16:03 Cəmiyyət

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi CANSO-nun “Airspace World 2025” sərgisində iştirak edib. AZANS-ın bu tədbirdə iştirakı Azərbaycanın qlobal aeronaviqasiya sahəsində mövqeyinin möhkəmlənməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişlənməsinə və hava hərəkətinin idarə olunması sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verib. 

Bu barədə TodayPress TV-yə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Sərgi 13–15 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçirilib və hava məkanının idarə olunmasının gələcək inkişaf istiqamətlərini müzakirə etmək məqsədilə qlobal aviasiya sənayesinin liderlərini, innovasiya mütəxəssislərini və qərarverici şəxsləri bir araya gətirən dünyanın aparıcı tədbirlərindən biridir.   

Tədbirdə beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi, yeni texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin inteqrasiyası diqqət mərkəzində olub.

Sərgidə 200 şirkət, 110-dan çox ölkəni təmsil edən nümayəndələr və 10 000-dən artıq beynəlxalq ziyarətçi iştrak edib.   

“Airspace World 2025”də AZANS öz stendində Azərbaycanın hava məkanının Şərqlə Qərb arasında təhlükəsiz, səmərəli və getdikcə daha əhəmiyyətli nəqliyyat dəhlizi kimi strateji əhəmiyyətini vurğulayıb. Həmçinin AZANS modernləşdirmə proqramları, ekoloji layihələr və regionda, eləcə də qlobal səviyyədə əlaqələndirmə imkanlarının inkişafı ilə bağlı planlarını bölüşüb.   

Üç gün ərzində AZANS bir sıra beynəlxalq aeronaviqasiya xidməti təminatçıları ilə yüksəksəviyyəli görüşlər keçirib. Bu görüşlərə Böyük Britaniyanın NATS şirkəti, Almaniyanın “DFS Deutsche Flugsicherung”, Birləşmiş Ərəb Əmirliklərinin GCAA qurumu, həmçinin CANSO-nun  (Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı)  üzvləri və “ACI World” (“Airports Council International”) qatılıb.

Danışıqlar zamanı AZANS-ın beynəlxalq əməkdaşlıq və bilik mübadiləsinə sadiqliyi bir daha nümayiş etdirilib.   Sərgi çərçivəsində diqqətçəkən mühüm məqamlardan biri hava hərəkətinin idarə edilməsi sahəsində nüfuzlu beynəlxalq mükafat hesab olunan “ATM Awards 2024” nominasiyasında AZANS-ın “Collaboration and Community” kateqoriyası üzrə yüksək nəticə əldə etməsi olub. AZANS bu mükafatı “Green Aviation Insights” (GAIN) layihəsi çərçivəsində qazanıb.

Layihə Böyük Britaniyanın NATS, Azərbaycanın AZANS, Malayziyanın CAAM və Belçikanın "skeyes" təşkilatlarının tərəfdaşlığı ilə həyata keçirilir və bu kateqoriyada ən yaxşı təşəbbüslərdən biri olaraq seçilib.   

Bundan əlavə, AZANS INDRA, “Aireon”, ADB SAFEGATE, SITA, “Searidge Technologies”, UFA, “NG Aviation” və ERA kimi aparıcı qlobal texnologiya şirkətləri ilə görüşlər keçirərək müasir müşahidə, rabitə və rəqəmsal sistemlərin inteqrasiyası mövzusunda fikir mübadiləsi aparıb.    

Bu müzakirələr AZANS-ın hava hərəkətinin idarə olunması üzrə Azərbaycanın infrastrukturunu qabaqcıl beynəlxalq təcrübələr əsasında modernləşdirmək strategiyasının mühüm tərkib hissəsidir.   

Həmçinin AZANS sərgi çərçivəsində iki əsas regional koordinasiya iclası keçirib. Bunlardan birincisi Mərkəzi Asiya və Türkiyə üzrə aeronaviqasiya qurumlarının rəhbərlikləri, digəri isə AZANS və Türkiyənin DHMİ idarəsi tərəfindən birgə təsis edilən SOCEA-nın (Avropa və Asiya Aeronaviqasiya Təminatçıları üçün Regional Aeronaviqasiya Təhlükəsizlik Platforması) icraçı direktorlar arasında görüş olub.

Hər iki tədbirdə regional inteqrasiya, sərhədlərarası əməkdaşlıq, rəqəmsal transformasiya və hava məkanında təhlükəsizliyin artırılması mövzuları müzakirə olunub.

XƏBƏR LENTİ
16 AVQUST 2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib 13:57 Stolustü tennisçilər Türkiyədən 4 medalla qayıdırlar 13:53 Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI 13:41 Abdullah Zubir “Qarabağ”dan ayrıldı 13:23 Həftənin ilk günü hava necə olacaq? 13:10 Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI 12:52 Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü 11:45 Körfəz ölkələri ABŞ-dən üz döndərir: Gizli müzakirələr gedir 11:20 Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi 11:04 Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi 10:38 Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 "Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 19 yaşlı üzgüçü dünya rekordunu yenilədi! 00:54 "Hizbullah"dan Livana XƏBƏRDARLIQ: İsraillə danışıqları dayandırın! 01:04 Bütün Xəbərlər