AZAL yeni "Airbus A320neo" təyyarəsi aldı

AZAL yeni "Airbus A320neo" təyyarəsi aldı
19.09.2025 14:22 Cəmiyyət

"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmanın uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində yeni "Airbus A320neo" tipli sərnişin təyyarəsini hava gəmiləri parkına əlavə edib.

Bu barədə TodayPress TV-yə QSC-nin mətbuat xidmətindən bildirilib ki, yeni təyyarə sərnişinlərin rahatlığını ən yüksək səviyyədə təmin etməklə yanaşı, aviaşirkətin əməliyyat səmərəliliyini artıracaq və ətraf mühitə təsirini azaldacaq.

Yeni "Airbus A320neo" təyyarəsi sərnişinlərin rahatlığını təmin edən müasir interyer və geniş imkanlarla təchiz olunub. Təyyarə göyərtəsində xoş və komfortlu mühit yaradılaraq həm biznes, həm də ekonom sinif sərnişinləri üçün rahat səyahət şəraiti təqdim olunur. Uçuş zamanı sərnişinlər müxtəlif əyləncə imkanlarından istifadə edə, vaxtlarını daha səmərəli keçirə bilərlər.

Yeni təyyarənin əsas üstünlüklərindən biri sürətli internet xidmətidir. Biznes sinifi sərnişinləri və "AZAL Miles" proqramının müəyyən statuslu üzvləri "Wi-Fi" xidmətindən pulsuz yararlana biləcəklər.

Yeni "Airbus A320neo" təyyarəsinin istifadəyə verilməsi AZAL üçün mühüm mərhələdir. Bu təyyarələr əməliyyat xərclərinin optimallaşdırılmasına, şirkətin regional bazardakı mövqelərinin möhkəmlənməsinə və Bakının Avropa ilə Asiya arasında hava qovşağı rolunun güclənməsinə xidmət edəcək.

"Təyyarə parkının modernləşdirilməsi strategiyamızın əsas istiqamətlərindəndir. "Airbus A320neo" sərnişinlərimizə daha yüksək rahatlıq və xidmət səviyyəsi təqdim etməklə yanaşı, reyslərimizin ekoloji baxımdan daha səmərəli həyata keçirilməsinə şərait yaradacaq", - deyə AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib.

Qeyd edək ki, təyyarə parkının modernləşdirilməsi proqramı çərçivəsində AZAL oktyabr ayının əvvəlində daha bir yeni "Airbus A320neo" təyyarəsini donanmasına əlavə edəcək. Ümumilikdə aviaşirkət 2032-ci ilə qədər 30-dan çox yeni təyyarəni istismara verməyi planlaşdırıb. Yeni təyyarənin gəlişinə həsr olunmuş tədbirin videosuna baxmaq üçün linkə keçid edin.

AZAL nüfuzlu "Skytrax" təşkilatının "4 Ulduz" reytinqinə sahibdir və dəfələrlə "World Airline Awards" nominasiyasında "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, ESG öhdəliklərini dərc edir, həmçinin IATA-nın "CO₂ Connect" və "IEnvA" proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.

TodayPress TV

FOTOLAR

AZAL yeni "Airbus A320neo" təyyarəsi aldı — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər