Avropa Şəhərciyi 2025 – Avropa İttifaqı Bakıda

Avropa Şəhərciyi 2025 – Avropa İttifaqı Bakıda
22.06.2025 13:00 Cəmiyyət

Ənənəvi Avropa Şəhərciyi yenidən qapılarını ictimaiyyətə bazar günü 22 iyun 2025-ci il saat 13:00-da Bakı bulvarında açır. Bu tədbir Avropa İttifaqı, onun dəyərləri və siyasəti, o cümlədən Azərbaycanla uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq haqqında daha ətraflı məlumat əldə etmək üçün maraqlı imkan təqdim edir.

TodayPress TV xəbər verir ki, tədbir həmçinin Avropa İttifaqına üzv dövlətlərin tarixi, mədəniyyəti, ənənələri və bu ölkələrdə yaşayan insanların bugünkü həyatı ilə tanış olmaq imkanı da yaradacaq.

Tədbirin rəsmi açılışı saat 14:00-da baş tutacaq. Açılış mərasimində Avropa İttifaqının və Avropa İttifaqına üzv dövlətlərin səfirləri, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova iştirak edəcəklər.

“Avropa İttifaqı Bakıda” mövzusu ilə keçirilən Avropa Şəhərciyi 2025 bu il də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil olunur. Tədbir Aİ-yə üzv ölkələrin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəyərli dəstəyi ilə həyata keçirilir. Tədbir zamanı Avropa İttifaqının Azərbaycanda həyata keçirtdikləri layihələr və Aİ Nümayəndəliyinin fəaliyyəti də diqqətə çatdırılacaq.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib: “Avropa Şəhərciyi Avropaya açılan bir pəncərədir – Avropa İttifaqını unikal edən zəngin mədəniyyətini və müxtəlifliyini görmək, öyrənmək və ondan zövq almaq üçün bir imkandır. Bu bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən məmnunuq!”

Avropa Şəhərciyi bazar günü 22 iyun saat 13:00-dan 18:00-dək ziyarətçilər üçün açıq olacaq və bütün yaş qrupları üçün nəzərdə tutulmuş zəngin və əhatəli proqramla Azərbaycan ictimaiyyətinə təqdim ediləcək. Bu ilki tədbir sağlam həyat tərzi və idmanın təbliğinə həsr olunub.  

Avropa Şəhərciyi üçün planlaşdırılmış maraqlı proqrama üz boyama, nağıl qəhrəmanları ilə uşaq kitabları guşəsi, şahmat turnirləri, futbol və basketbol kimi idman yarışları, müxtəlif viktorinalar daxildir. Əsas səhnədə isə Avropa və Azərbaycan musiqi və rəqs nömrələri, əyləncəli müsabiqələr və mini yarışmalar təqdim olunacaq.

Tədbir zamanı ziyarətçilər Aİ-yə üzv dövlətlərin pavilyonlarını və Azərbaycanda Aİ tərəfindən dəstəklənən təhsil, regional inkişaf və digər sahələrdə həyata keçirilən layihələrin pavilyonlarını ziyarət etməklə Avropa İttifaqı haqqında daha ətraflı məlumat ala biləcəklər. “Avropada Təhsil” pavilyonu isə gənclərə Avropadakı təhsil imkanları barədə məlumat təqdim edəcək.

Saat 19:00-dan 20:00-dək keçiriləcək möhtəşəm axşam konserti ilə Avropa Şəhərciyi 2025 başa çatacaq. Konsertdə məşhur müğənnilər Samira Əfəndi və the Miles Band ilə Aydan Həsənova çıxış edəcəklər.

Avropa İttifaqını Bakıda kəşf etmək üçün Avropa Şəhərciyi 2025-də bizə qoşulun!

Avropa Şəhərciyi 2025 proqramı ilə bağlı daha ətraflı məlumatı https://www.facebook.com/EUDelegationtoAzerbaijan/ və ya https://www.instagram.com/eudelegation_az/ əldə edə bilərsiniz. 

XƏBƏR LENTİ
15 IYUN 2026
Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Bütün Xəbərlər