“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olundu

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olundu
25.07.2025 14:15 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində, Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil qərargahında “Qlobal Cənubda İdarəetmənin Gələcəyi üçün Bacarıq və Yeni Düşüncə Tərzlərinin Təşviqi” mövzusunda olan tədbirdə çıxışçı qismində iştirak edib. Sözügedən tədbir BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti, Afrika Qiymətləndirmə Mexanizmi (APRM) və Afrika İctimai İdarəetmə və Menecment Assosiasiyasının (AAPAM) təşkilatçılığı ilə baş tutub.

TodayPress TV xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib. 

Əsas məqsəd müxtəlif dövlətləri təmsil edən qurumların qlobal səviyyədə dövlət xidmətlərinin göstərilməsi sahəsində yeni bacarıqlar və düşüncə tərzlərinin təşviqinə yönəlmiş təşəbbüslərini önə çıxarmaq, Qlobal Cənub ölkələri arasında təcrübə mübadiləsini gücləndirmək olub. Eləcə də dövlət xidmətlərində bacarıq və düşüncə tərzlərinin inkişaf etdirilməsi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqinə dəstək vermək  prioriet təşkil edib.

Tədbirdə “ASAN xidmət” təcrübəsi, Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, eləcə də müvafiq sahələr üzrə əldə olunan ən son nailiyyətlər iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin cari ilin iyun ayında “ASAN xidmət”in BMT-nin və Afrika İttifaqının birgə təşkilatçılığı ilə Efiopiyada keçirilmiş “Dövlət Xidmətlərinin Göstərilməsində İnnovasiyalar” mövzusunda Afrika Regional Forumunun əsas nəticələri  diqqətə çatdırılıb.

Səfər çərçivəsində BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin bölmə rəhbəri ilə görüşdə ötən ilin noyabr ayında imzalanmış Töhfə Sazişinin icrası istiqamətində planlaşdırılan fəaliyyətlər müzakirə edilib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kabinet işləri nazirinin müavini ilə görüşdə Dövlət Agentliyi ilə BƏƏ-nin müvafiq qurumu arasında həyata keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib.

FOTOLAR

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olundu — 1
“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olundu — 2
“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olundu — 3
XƏBƏR LENTİ
15 AVQUST 2026
Paracüdoçumuz 10-cu dəfə Avropa çempionu oldu 18:38 Bakıda narkotacir saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR 18:32 İran fransalı diplomatları gizli görüşdə “yaxaladı” 18:20 Məktəblər hansı tarixdə açılacaq? - RƏSMİ 18:09 Sabah çimərliklərdə temperatur necə olacaq ? 17:34 Deputatın oğlu dövlət hesabına Amerikada oxuyacaq 17:19 Polşada "F-35"lər də daxil 300-dən çox hərbi texnika küçələrə çıxdı 17:00 "Beşiktaş" bir futbolçusu ilə sağollaşdı 16:51 "Wildberries"ə bu dəfə klaviatura ilə hücum etdilər 16:46 Erməni KİV: Paşinyan 5 ilə 40 körpü tikəcək 16:15 İndoneziyada yenidən şiddətli zəlzələ oldu 16:07 Qətər 3 iranlı pilotu əsir götürüb 16:25 Amerikada ermənilər həbs olundu 16:01 BƏƏ: İran Hörmüzdə dəniz piratçılığı ilə məşğuldur 15:35 Həftə sonu üçün sarı və narıncı xəbərdarlıq edildi 15:22 Paracüdoçumuz İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazandı 15:12 İsrailin Livana hücumu: ölənlərin sayı 7 nəfərə çatdı 15:02 Husilər Yəmənə hücum etdi, bir nəfər öldü 14:22 İspaniyaya Seuta haqqında əvvəlcədən xəbərdarlıq edilmişdi ? 14:03 Emin Ağalarov “Sea Breeze”dəki uşaq ölümü ilə bağlı açıqlama verdi - FOTO 14:42 İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb - YENİLƏNDİ 09:12 Neftçi ABŞ-dən olan basketbolçu ilə heyətini yenilədi 13:39 Sabah hava necə olacaq ? - PROQNOZ 13:25 AYNA yeni marşrutları vətəndaşların ixtiyarına verdi 13:19 Azərbaycan XİN Konqonu Milli Günü münasibətilə təbrik etdi 13:10 Bütün Xəbərlər