ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırdı

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırdı
16.07.2026 11:34 Cəmiyyət

“ASAN xidmət”in  və “Kontakt”ın birgə təşkilatçılığı ilə Şuşa şəhərində “Zəfərdən inkişafa” media inkişaf proqramı keçirilib. 

TodayPress TV xəbər verir ki, proqram Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi (AİİM) tərəfindən 3-cü dəfə reallaşdırılır.

22 İyul – Milli Mətbuat Gününə həsr olunan proqramda müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.

Əsas məqsəd bu kateqoriyadan olan şəxslərin süni intellekt texnologiyalarından səmərəli istifadə bacarıqlarının artırılması, informasiya istehsalında innovativ yanaşmaların təşviqi, eyni zamanda onların şəxsi inkişafı və effektiv kommunikasiya sahəsində bilik, bacarıqlarının gücləndirilməsidir.

İştirakçılar mediada müasir süni intellekt alətləri, trendlər və texnologiyaların praktik tətbiqi ilə tanış olublar. Vörkşoplar və real nümunələr əsasında müxtəlif süni intellekt həllərinin məzmunu əsasında xəbər hazırlanması üzrə praktiki bacarıqlar əldə olunub. Dezinformasiyanın və manipulyativ kontentin müəyyənləşdirilməsi, eləcə də rəqəmsal təhlükəsizlik, faktların yoxlanılması istiqamətində aktual mövzular üzrə biliklər də təqdim olunub. 

Səfər çərçivəsində iştirakçılar Dövlət Xidmətləri Mərkəzində Şuşa regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. 

Proqramın gedişində iştirakçıların çoxsaylı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırdı — 1
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırdı — 2
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırdı — 3
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırdı — 4
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırdı — 5
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırdı — 6
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırdı — 7
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırdı — 8
XƏBƏR LENTİ
21 IYUL 2026
İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununda İLK QOL - YENİLƏNDİ 20:02 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ - VİDEO 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Almaniya Qarabağda mina təmizləyəcək 17:38 Bütün Xəbərlər