Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün təlim keçirilib

Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün təlim keçirilib
09.07.2025 10:47 Cəmiyyət

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün “Nəticələrin emalında xüsusi aspektlər” mövzusunda birgə təlim keçirilib.

TodayPress TV agentliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim Polşa Antidopinq Agentliyinin (POLADA) direktoru, Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupunun sədri Mixal Rinkovskinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutub.

Tədbirin əsas məqsədi komitə üzvlərinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) beynəlxalq standartlarının tələbələrinə uyğun olaraq nəticələrin emalı prosesində peşəkar və praktiki biliklərinin artırılması, qərarların qəbulunda prosessual qaydaların düzgün tətbiqi, antidopinq qayda pozuntularına dair icraatlarda ədalətli və şəffaf yanaşmanın təmin edilməsidir.

Təlim çərçivəsində iştirakçılar antidopinq qayda pozuntuları üzrə icraat çərçivəsində tətbiq edilməli olan prosessual qaydalar, praktikda tez-tez yol verilən pozuntular, xüsusilə məkan məlumatı pozuntuları, saxtalaşdırma və ya saxtalaşdırmaya cəhd, kontaminasiya halları, məsuliyyəti ağırlaşdıran hallar, idmançının təqsirinin olmadığı və ya təqsirin az əhəmiyyətli olduğu hallar kimi mühüm mövzuları əhatə edən praktiki biliklər əldə ediblər. Sessiyalar zamanı İdman Arbitraj Məhkəməsinin (CAS) presedent qərarlarına istinad olunmaqla beynəlxalq təcrübəyə əsaslanan hüquqi yanaşmalar geniş şəkildə izah edilib. Həmçinin Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara WADA tərəfindən təklif edilən və bu ilin sonunda qəbul edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər barədə də iştirakçılara məlumat verilib.

Məruzəçilər Polşa antidopinq sistemində tətbiq edilən yanaşmaları və real iş təcrübələrini təqdim ediblər. Sessiyalar interaktiv təqdimatlar, canlı müzakirələr və real kazusların təhlili əsasında təşkil olunub.

Təlimin sonunda keçirilən sual-cavab sessiyasında iştirakçılar real hadisələr üzərində praktiki müzakirələr aparmaqla əldə etdikləri bilikləri möhkəmləndiriblər.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Bütün Xəbərlər