ADY ilə səfər edən sərnişinlərin sayı 10 milyona çatdı

ADY ilə səfər edən sərnişinlərin sayı 10 milyona çatdı
24.12.2025 10:21 Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişindaşıma fəaliyyətində növbəti rekord qeydə alınıb. 2025-ci ildə ADY-nin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 10 milyon nəfərə çatıb.

QSC-dən TodayPress TV-yə verilən məlumata görə, ADY-nin sərnişin daşımaları departamentinin rəhbərliyi və nümayəndələri Bakı Dəmiryol Vağzalında 10 milyonuncu sərnişin Xuraman Layıcovanı təbrik edib, ona sertifikat və xatirə hədiyyələri təqdim ediblər.

Sərnişin göstərilən xüsusi diqqətə görə təşəkkürünü bildirərək ADY-nin müasir qatarları ilə rahat və təhlükəsiz səfərlərin onu dəmir yolu nəqliyyatından müntəzəm istifadə etməyə həvəsləndirdiyini qeyd edib.

Son illərdə ADY-də həyata keçirilən ardıcıl layihələr sərnişindaşıma göstəricilərində davamlı artımı təmin edib. Belə ki, dəmir yolu nəqliyyatı ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə 7,1 milyon, 2024-cü ildə isə 8,5 milyon nəfər təşkil edib. Bu dinamika sərnişinlər üçün yaradılan rahatlıq, təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəlməsinin real göstəricisidir.

2025-ci il ərzində marşrut şəbəkəsinin genişləndirilməsi və yeni xidmətlərin tətbiqi sərnişin axınının artmasında mühüm rol oynayıb. Belə ki, Bakı–Balakən–Bakı marşrutunun bərpa edilməsi, Bakı–Ağstafa–Bakı marşrutunun Qazax stansiyasınadək uzadılması, 32 ildən sonra ilk dəfə Bakı–Ağdam–Bakı istiqamətində reyslərin istifadəyə verilməsi, eləcə də ilk dəfə Gəncə–Mingəçevir xətti üzrə müasir qatarlarla sərnişindaşıma xidmətinin təşkili dəmir yollarını müntəzəm səyahət seçiminə çevirib.

Eyni zamanda, Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafikinin optimallaşdırılması nəticəsində iş günlərində reyslərin sayı 103-ə çatdırılıb. Bu tədbirlər nəticəsində gündəlik sərnişindaşıma 42 min nəfəri ötüb ki, bu da ADY-nin şəhərətrafı daşımalar tarixində daha bir rekord göstərici hesab olunur.

ADY sərnişin daşımalarının təhlükəsiz və səmərəli təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də qatar heyətinin peşəkar bilik və bacarıqlarının davamlı təkmilləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.

TodayPress TV

FOTOLAR

ADY ilə səfər edən sərnişinlərin sayı 10 milyona çatdı — 1
ADY ilə səfər edən sərnişinlərin sayı 10 milyona çatdı — 2
ADY ilə səfər edən sərnişinlərin sayı 10 milyona çatdı — 3
ADY ilə səfər edən sərnişinlərin sayı 10 milyona çatdı — 4
XƏBƏR LENTİ
17 IYUN 2026
Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 Bütün Xəbərlər