7 oktyabr Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yarandığı gündür

7 oktyabr Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yarandığı gündür
07.10.2025 16:56 Cəmiyyət

7 oktyabr Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yarandığı gündür.

TodayPress TV xəbər verir ki, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bununla bağlı özünün "Facebook" sosial şəbəkə hesabında yazıb:

"Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi  məktəb açıldı...

1901-ci il oktyabrın 7-də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müsəlman Şərqində ilk dünyəvi Qızlar Məktəbi qapılarını cəmiyyətin üzünə açdı. Bu hadisə ilk növbədə  bir təhsil müəssisəsinin yaranması hadisəsi kimi qəbul edilsə də əsil mənasında bir xalqın düşüncə tərzinin dəyişməsinə, qadının cəmiyyətdə yerinin tanınmasına doğru atılmış ilk addım idi.

Tağıyev o dövrün bu sahədə ən böyük stereotiplərindən birini sındırdı. Qızların təhsil almasının “lüzumsuz” iş sayıldığı bir zamanda  məktəbin binasının tikintisindən tutmuş, müəllimlərin Avropadan gətirilməsinə qədər hər detalı nəzərə alan böyük bir iş başlatdı.

İllər keçdikcə “Tağıyevin məktəbi” adı ilə tanınan, bu təhsil ocağı  maarifçiliyin real  bünövrəsi kimi tarixə düşdü.

Tağıyevin təşəbbüsü  təhsilin gücünün nəyə qadir olduğunu onun sosial bərabərlik vasitəsinə çevrildiyi zaman ortaya çıxdığını   sübut etdi.  

Onun ilk məzunları – Rəhilə Hacıbababəyova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Liza Muxtarova, Nazlı Tahirova və digərləri Azərbaycan qadınının ictimai və siyasi həyatda fəal rol oynamasının da təməlini qoydular. 

Sonradan Qızların təhsili ailə münasibətlərində, uşaq tərbiyəsində, ictimai həyatda və milli düşüncədə böyük dəyişiklik yaratdı.

Bu məktəbin məzunları tariximiz üçün həlledici məqamlarda Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını müdafiə edən ziyalılara çevrildilər. Yəni bir məktəb, əslində, bir millətin intellektual dirçəlişinin başlanğıcına çevrildi.

Bu gün Zeynalabdin Tağıyevin başlatdığı bu missiya müasir Azərbaycan dövlətinin təhsil və humanitar siyasətində,

I Vitseprezident Mehriban xanım Əliyevanın-həm Heydər Əliyev Fondunun prezidenti, həm də Azərbaycanın birinci xanımı kimi – qadın və qızların təhsil imkanlarını genişləndirmək istiqamətindəki çoxşaxəli fəaliyyətində davam etdirilir

Onun təşəbbüsü və xeyir-duası ilə reallaşdırılan

“Təhsilə Dəstək” proqramları çərçivəsində ölkənin bütün bölgələrində onlarla yeni məktəb binası, uşaq bağçası və təhsil mərkəzləri inşa olunub və müasir avadanlıqlarla təmin edilib;

* “Yeniləşən Azərbaycana yeni məktəb” təşəbbüsü ilə kənd və qəsəbələrdə qızların təhsildən kənar qalma riski minimuma endirilib;

* İstedadlı qızların təqaüd proqramları və beynəlxalq olimpiadalarda iştirakına dəstək verilib;

* “Azərbaycan gəncliyi xarici ölkələrdə təhsildə” proqramı ilə çoxlu sayda istedadlı qız tələbə dünya universitetlərində təhsil almaq imkanı qazanıb.

Onun  beynəlxalq səviyyədə təhsil və qadın hüquqları sahəsində  təşəbbüsləri

qızların təhsilinə dəstək, mədəni irs və qadınların elmdə iştirakı məsələlərini qlobal müstəviyə çıxarmaqla Azərbaycanın bu sahədə beynəlxalq nüfuzunu gücləndirib.

Bu missiya həm də keçmişlə bu gün arasında  milli özünüdərkin, qadın gücünün və intellektual inkişafın birləşdiyi bir körpüdür.

“Bir qız oxuyarsa, bir ailə işıqlanar; bir xalq maariflənər.”

Bu fikri dünən Tağıyevin xeyriyyəçilik fəlsəfəsi, bu gün isə Mehriban Əliyevanın  humanizm dəyərlərini yaşadan fəaliyyəti sübut edir.

Bu dəyərlər cəmiyyətin bütün təbəqələrini birləşdirən yeni layihələrin və təşəbbüslərin də əsasında dayanır. 

Əlbəttə ki, Yeni Əsr, Yeni Yanaşmalar və yeni təşəbbüslər ortaya qoyur. 

Düz 120 il sonra, 2021-ci ildən etibarən – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu  ideyanın yenidən canlandırılması üçün təsis etdiyimiz “Qızların Təhsilinə Dəstək” layihəsi vasitəsilə  regionlarda yaşayan, sosial və iqtisadi səbəblərdən təhsildən uzaqlaşmaq riski ilə qarşılaşan qızları əhatə etməyi hədəflədik...

Bu məqsədlə hazırda

* Qızların orta və ali təhsilə davam etməsi üçün onlara maddi və psixoloji dəstək göstərir,

* Maarifləndirici görüşlər və təlimlər təşkil edir,

* İlhamverici qadın rollarını tanıtmaqla gənc qızlarda özünəinam formalaşdır mağa çalışırıq. 

Həmçinin qızların təhsildən uzaq qalmasının əsas səbəblərini– sosial təzyiq, iqtisadi çətinliklər və mənfi stereotiplərin addım-addım aradan qaldırılması üçün səyləri birləşdiririk.

 Layihəmizin əsas mesajı aydındır:

“Hər qızın oxumaq, öyrənmək və öz taleyini müəyyənləşdirmək haqqı var.”

Odur ki bu 4 il ərzində qızların:

* orta və ali təhsilə davam etməsini təşviq  

   etmək

* erkən nikah hallarının qarşısını almaq,

* valideynlər və yerli icmalar arasında maarifləndirməni gücləndirməklə yüzlərlə ailənin həyatına toxunmağa çalışdıq.

Qanunvericiliyin təkmilləşməsi və yeni icra mexanizmlərinin yaradılması üzərində bütün tərəfdaşlarımızla səmərəli əməkdaşlıq qurduq.

Nəticədə təhsildən ayrılmaq üzrə olan onlarla qızlar məktəbə qayıdıb, bir çoxu ali təhsil müəssisələrinə daxil olub. 

Bir qismi bu arzusuna çatmaq üçün hazırlıq kurslarına cəlb olunub.

Bu prosesə ilk ildə qatılan onlarla tələbə qız isə məzun olaraq artıq müstəqil həyata qədəm qoyub. 

Reallaşmasına çox böyük həvəslə çalışdığımız isə "Gələcəyə əmin addımlarla" Səhid xanımlarının təhsilinə dəstək proqramımızdır.Bu çərçivədə təhsil alan xanımların sayı bu ilin nəticələri də  daxil olmaqla artıq 34 nəfərdir.  

Azərbaycan xalqına "ZƏFƏR"i yaşadan igid oğullarımızın  xanımları və yadigarlarına layiqli və qürurlu həyat bəxş etmək üçün onların öz ayaqları üzərində möhkəm dayanmasına imkan verəcək təhsil və əmək vərdişləri əldə etmələrinə yardımçı olmaq bizə qürur verir.

Bir sözlə qadının, xüsusilə gənc qızların təhsilinə yatırılan sərmayənin,  çəkilən zəhmətin əslində, bütün millətin gələcəyinə qoyulan investisiya olduğuna əminliyi artırmağa çalışırıq.

Bu isə bir layihənin icrasından daha  böyük hədəfə xidmət edir.

Zeynalabdin Tağıyev cəmiyyətə bir məktəb deyil, bir düşüncə tərzi bəxş etdi. Bu gün dövlət qurumları, vətəndaş cəmiyyəti və fərdi təşəbbüslər həmin ideyanı müasir şəraitdə yenidən həyata keçirir

Hazırkı nəticələrimiz  sübut edir ki,  qadının ictimai, siyasi, sosial statusu, eləcə də  bir fərd olaraq bugünü və gələcəyi üçün ən güclü sosial müdafiəsi təhsildən başlayır. 

Cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi, insan hüquqlarının təmin edilməsi, inkluzivliyin,davamlı və dayanıqlı inkişafın etibarlı bünövrəsi də təhsildir.

Əgər 124 il bundan əvvəl Zeynalabdin Tağıyev bu millətə maarifin qığılcımını bəxş etdisə,İndi bu alov minlərlə gənc qızın gözündə, sinif otaqlarında, laboratoriyalarda, universitet auditoriyalarında parlayır.

Bu isə inkişaf və çiçəklənmə naminə xalqın azad ruhunun, qadının iradəsinin ifadəsi və dövlətin onu təmin etmək yolunda sərgilədiyi siyasətin təntənəsidir."

FOTOLAR

7 oktyabr Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yarandığı gündür — 1
7 oktyabr Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yarandığı gündür — 2
7 oktyabr Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yarandığı gündür — 3
7 oktyabr Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yarandığı gündür — 4
7 oktyabr Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yarandığı gündür — 5
7 oktyabr Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yarandığı gündür — 6
XƏBƏR LENTİ
16 IYUN 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 Bütün Xəbərlər