525 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir

525 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir
23.06.2025 10:05 Cəmiyyət

Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb. 

TodayPress TV xəbər verir ki, AYNA tərəfindən daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyəti, avtobus sayının sərnişin tələbata uyğun nizamlanması və parkın yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci ilin istehsalı olan 10 müasir və komfortlu avtobus gətirilərək bu gündən daşımalara cəlb edilib.

“King Long” markalı avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. 

Hazırda sərnişin tələbatına əsasən marşrutda 20 avtobus istismar edilir. Xətdə olan digər avtobusların da yenilənməsi mərhələli qaydada həyata keçiriləcək və proses yaxın zamanda yekunlaşacaq. Daşıyıcı tərəfindən sifariş edilən yeni avtobuslar hesabına xəttə çıxan nəqliyyat vasitələrinin sayı artırılaraq 24-ə çatdırılacaq. 

Artıq 525 nömrəli marşrut avtobuslarında ödəniş nağdsız qaydada həyata keçirilir. Bu məqsədlə həm yeni, həm də mövcud olan nəqliyyat vasitələrində müvafiq avadanlıq quraşdırlıb.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər